Əlaqə Arxiv
news Image
2018.05.25
11:49
| A A A
Ağsaqqallar Şurası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirdi-Fotolar

Azərbaycan Ağsaqqallar Şurası  Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş toplantı keçirib. Movqe.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov xalqın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini sevinclə qeyd etdiyini bildirib: " Bu bayram ölkədə yaşayan, eləcə də dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar üçün müqqəddəs bayramlardan biridir. Çünki, Azərbaycan xalqı ilk dəfə 1918-ci ilin may ayının 28-də öz müstəqilliyini elan etmişdi və müstəqil Azərbaycan dövlət kimi fəaliyyətə başlamışdı. Çox təəssüf ki, bu sevinc uzun sürmədi, ilk müstəqilliyini qazanan dövlətin ömrü qısa oldu. Azərbaycan Sovetlər İttifaqına daxil olaraq, İttifaq ölkələrindən biri oldu. Amma xalqımız uzun illərdən sonra yenidən öz müstəqilliyini bərpa  etdi. Cümhuriyyətimizin 100 illiyini qeyd edərkən, Azərbaycanın müstəqil dövlət kimi əbədiyyata qədər yaşamasında böyük xidmətləri olan Ulu öndər Heydər Əliyevi xatırlamamaq mümkün deyil. Ona görə ki, Azərbaycanın ikinci dəfə müstəqil dövlət kimi elan edilməsi, dünyaya tanınmasında Ulu öndərin böyük xidmətləri oldu. Müstəqilliyimiz, Heydər Əliyev ölkədən kənarda olanda çox nazik bir sapdan asılı vəziyyətdə idi. Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişi müstəqilliyimizin əbədiliyinin əsasını qoydu. Ulu öndər ömrünün son 10 ilini ölkəmizin müstəqilliyinin qorunmasına, Azərbaycanın inkişafına həsr etdi. İndi biz müstəqilliyimizi qeyd edəndə o günləri xatırlayırıq və  fəxr hissi keçiririk ki, keçmiş İttifaq ölkələri arasında dövlətimiz müstəqil dövlət kimi seçilir, tanınır. Bu gün müstəqil Azərbaycan dünyada sülhün,əmin-amanlığın, inkişafın nümunəsi kimi mövcuddur. Xalq Cümhuriyyəti Azərbaycan tarixinin şərəfli bir səhifəsidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin keçmişi və bu günü ilə fəxr edirik. Arzu edirəm ki, müstəqilliyimiz əbədi olsun. Sonda çıxışımı Ulu öndərin müdrik və məşhur kəlamı ilə yekunlaşdırıram-"Mən fəxr edirəm ki, azərbaycanlıyam!".

Xalq Cümhuriyyətinin tarixindən danışan akademik Teymur Bünyadov bu gün Azərbaycanın müstəqilliyinin dönməz, əbədi olduğunu söyləyib.  Milli MəclisinSəhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Xalq Cümhuriyyətini quran insanların çox fədəkar insanlar olduğunu qeyd edib: "Bu insanlar Xalq Cümhuriyətini dünyaya tanıtdılar. Dünyaya çatdırdılar ki, Azərbaycan xalqı demokratik bir cümhuriyyət qurub".
Tədbidə Azərbaycan Ağsaqqallar Şurasının digər üzvləri İsmayıl Sadıqov, İmran Cəfərzadə, Misir Mərdanov da Azərbaycan Xaql Cümhuriyyətinin keçdiyi şərəfli yoldan söz açıblar. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz