Əlaqə Arxiv
news Image
2018.05.25
19:00
| A A A
ABŞ komandanı: “ABŞ - Şimali Koreya liderlərinin görüşü təxirə salınıb”

“ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında görüş ləğv edilməyib, təxirə salınıb”.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Cənubi Koreyadakı hərbi qüvvələrinin komandanı, general Vinset Bruks bildirib.
“Bu görüşlə bağlı narahat deyiləm. Çünki imkanlar hələ itirilməyib. Bu görüş, sadəcə olaraq, bir müddət sonrayadək təxirə salınıb”, - general mayın 25-də Seulda çıxışı zamanı vurğulayıb.
Qeyd edək ki, mayın 24-də ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüşü təxirə saldığını bildirib. Şimali Koreyanın Xarici İşlər Nazirliyi isə rəsmi Pxenyanın ABŞ-la danışıqlara istənilən vaxt hazır olduğunu bildirib. 

Sizin Reklam Yeriniz