Əlaqə Arxiv
news Image
2018.05.25
20:30
| A A A
Səfir İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı planlaşdırılan müzakirələrə münasibət bildirib

İsrail parlamentində qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı planlaşdırılan müzakirələr ilkin dinləmələrdir və məcburi xarakter daşımır.

Bu barədə "Report"a İsrailin Azərbaycandakı səfiri Dan Stav bildirib.
"Bu, ilkin müzakirələrdir, onun heç bir məcburi təsiri olmayacaq. İsrail hökuməti müvafiq vaxtda öz mövqeyini parlamentə təqdim edəcək", - o deyib.
Daha əvvəl bildirildiyi kimi, Knessetin Mətbuat xidmətinin məlumatına görə, İsrail parlamenti Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda erməni xalqının qondarma "soyqırımı"na dair ümumi müzakirələr aparmağı qərara alıb.

Sizin Reklam Yeriniz