Əlaqə Arxiv
news Image
2018.05.27
23:00
| A A A
Suriyada gecə hücumu: 4 rus hərbçisi öldürüldü

Suriyada terrorçuların acıdığı atəş nəticəsində 4 rus əsgəri həlak olub, daha 3 nəfər yaralanıb. Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən informasiya yayılıb.

“Suriyada yaraqlıların açdığı atəş nəticəsində rus əsgərləri həlak olub. Deyr əz-Zor bölgəsində gecə vaxtı terrorçuların bir neçə mobil dəstəsi Suriya ordusunun artilleriya batareyasına hücum ediblər. Suriya ordusunun artilleriya batareyasının atəşinə rəhbərlik edən 2 rus hərbi məsləhətçi yerindəcə həlak olub. Daha 5 rus hərbi qulluqçusu yaralanıb və dərhal ətrafdakı hərbi hospitala çatdırılıblar”, - MN məlumatında deyilib.

Həkimlərin səyinə baxmayaraq yaralılardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, döyüş 1 saat ərzində davam edib. 43 terrorçu öldürülüb.

Sizin Reklam Yeriniz