news Image
2012.04.30
12:10
| A A A
Yaxın Şərq ölkələrinin hərbi büdcəsi...

Mövqe.az xəbər verir ki, Yaxın Şərq və Şimali Afrika dövlətləri ölkədə baş qaldıran "Ərəb Baharı" kimi cəmiyyət hərəkatlarına hazırlıqlı olmaq məqsədilə hərbi avadanlıq və silalara 2015-ci ilə qədər 118.2 milyard dollar pul xərcləyəcək. Əl Masah Sərmayə tərəfindən verilən hesabata görə təkcə 2010-cu ildə hərbi silahların alınmasına 91 milyard dollar pul ayrılmışdı. Lakin bu rəqəmin qarşıdakı 3 il müddətində ciddi şəkildə artması gözənilir.

Xatırladaq ki, 2010-cu ildə sərf olunan pulun yarıdan çoxunu 45.2 milyard dollarla Səudiyyə Ərəbistan reallaşdırıb. Birləşmiş Ərəb Əmirlikləri isə 16.1 milyard dollar vəsait ayırıb. Hesabata görə hərbi xərclərin 83%-i təyyarə, raket və zirehli vasitələrin alımasına xərclənib. Beləliklə hərbi xərcləri sıralasaq ilk sıranı BƏƏ ,daha sonra Cəzayir və Səudiyyə Ərəbistan təşkil edəcək. Qlobal diametrdə hərbi avadanlığa ən çox pul xərcləyən ölkələrə isə ABŞ, Hindistan və Çin aid edilib.


Əfqanə Məzahirqızı


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs