Əlaqə Arxiv
news Image
2018.06.21
16:37
| A A A
Azərbaycan və Belarus XİN rəhbərləri arasında görüş keçirildi

Belarusda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belaruslu həmkarı Vladimir Makey ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Movqe.az-a  verilən xəbərə görə, görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə edilib. Tərəflər ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinin olduğunu vurğulayıb.

Qeyd edək ki, E. Məmmədyarov iyunun 21-22-də Belarusun paytaxtı Minsk şəhərində "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. Tədbir çərçivəsində E. Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Sizin Reklam Yeriniz