Əlaqə Arxiv
news Image
2018.06.25
15:54
| A A A
Leonid Slutski: Türkiyə Rusiya üçün mühüm strateji tərəfdaşdır

“Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə Prezidenti seçilməsi münasibətilə təbrik etmək istərdim. O, təmiz rəqabət mübarizəsində qalib gəlib. Türkiyədə növbədənkənar parlament və Prezident seçkiləri azad və demokratik, minimal sayda qanun pozuntusu şəraitində keçib”, - deyə jurnalistlərə müsahibəsində Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bildirib.

Movqe.az xəbər verir ki, L.Slutski Türkiyənin Rusiya üçün mühüm strateji tərəfdaş olduğunu xatırladıb. O deyib: “Biz birgə səylərlə Suriyadakı terrorizmə qarşı mübarizə aparır, regionda təhlükəsizliyin təminatı üçün addımlar atırıq”.

L.Slutskinin fikrincə, Ərdoğanın seçilməsi Rusiya-Türkiyə münasibətlərinin gözlənilən istiqamətində inkişafında, həmçinin gündəlikdə duran əsas beynəlxalq məsələlərin, xüsusilə Suriya nizamlamasında ikitərəfli əməkdaşlığı təmin edəcək.

AZƏRTAC 

Sizin Reklam Yeriniz