Əlaqə Arxiv
news Image
2018.06.25
16:55
| A A A
Prezident Administrasiyası: Türkiyə Azərbaycanla münasibətləri daha da möhkəmləndirəcək

Türkiyə qardaş ölkə Azərbaycanla münasibətləri daha da möhkəmləndirəcək.

Movqe.az bildirir ki, bu barədə Trend-ə ötən gün Türkiyədə keçirilmiş seçkilərdən sonra Bakı ilə Ankaranın münasibətlərini şərh edərkən Türkiyə Prezident Administrasiyasından deyiblər.

Qeyd olunub ki, hazırda Ankara və Bakı möhkəm siyasi, iqtisadi, hərbi və mədəni əlaqələrə malikdir:

"Türkiyə və Azərbaycan əvvəl olduğu kimi bütün sahələrdə bir-birlərini dəstəkləyəcək".

Administrasiyadan bildiriblər ki, Azərbaycan Türkiyənin ən etibarlı tərəfdaşı və müttəfiqidir.

Sizin Reklam Yeriniz