Əlaqə Arxiv
news Image
2013.04.11
12:15
| A A A
Sabiq prezidentlər Bakıya gəlir
Onlar Cənubi Qafqaz Forumunda iştirak edəcəklər Mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunun işində iştirak etmək üçün Bolqarıstanın sabiq prezidentləri Petr Stoyanov (Petar Stoyanov) və Jelyu Jelev (Zhelyu Zhelev) Azərbaycana səfərə gələcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Movqe.az-a verilən məlumata görə, Cənubi Qafqaz Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur. Madrid Klubu 56 ölkədən 80-dən çox sabiq prezident və baş naziri birləşdirən nüfuzlu qurumdur. 2002-ci ildə yaradılan bu müstəqil qeyri-kommersiya təşkilatının əsas məqsədi demokratiyanı inkişaf etdirməkdir.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda Madrid Klubu üzvləri ilə yanaşı, dünyanın bir çox ölkəsindən 350-dən çox ekspert, ziyalı, elm adamları və nüfuzlu insanlar iştirak edəcək. Forumun reallaşmasında İsgəndəriyyə Kitabxanası, YUNESKO-nun sabiq direktoru Federiko Mayor Zaragozanın rəhbərlik etdiyi Fundacion de Pas, İnsan alverinə Son layihəsi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi də böyükdür. Tədbirin təşkilat Komitəsinə İsgəndəriyyə Kitabxanasının direktoru Cənab İsmayıl Seragəldin və Latviya Respublikasının sabiq Prezidenti Dr. Vaira Vike-Freiberga həmsədirlik edir.
Forum Beynəlxalq Chatham Evinin qanunları ilə nizamlanılır.
Sizin Reklam Yeriniz