news Image
2018.07.13
16:12
| A A A
Səfir: FETÖ-nün müxtəlif ölkələrdə maliyyələşdirdiyi təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb

FETÖ terror təşkilatının müxtəlif ölkələrdə maliyyələşdirdiyi təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, 2016-cı ilin 15 iyulunda Türkiyə ən ağır gününü yaşadı: "O zaman FETÖ üzvləri dövlət çevrilişinə cəhd etdilər, lakin Türkiyə xalqından layiq olduqları cavabı aldılar. Bu hadisələrdə 250 şəhid verdik".

E.Özoral bildirib ki, FETÖ üzvləri dövləti ələ keçirməyə cəhd etdi: "Dövlət çevrilişi hadisəsi ilə bağlı hazırda 101 cinayət işi üzrə istintaq davam edir. Bu cinayət işləri çərçivəsində 180 min nəfər dövlət işindən çıxarılıb".

Diplomat əlavə edib ki, FETÖ terror təşkilatına Türkiyədə ağır zərbə vurulub. Bu təşkilat artıq Türkiyədə fəaliyyət göstərə bilməz: "Azərbaycanda da FETÖ-nün beli çox erkən qırıldı. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm".

Səfir inamla bildirib ki, terror təşkilatının rəhbəri olan Fətullah Gülən Türkiyəyə gətirilərək layiq olduğu cəzanı alacaq: "Bu mübarizə sonadək davam edəcək. Bizim mübarizəmiz yalnız FETÖ-yə qarşı deyil. Türkiyə PKK-ya da qarşı mübarizə aparır. Ümumiyyətlə, Türkiyə terror bitənə qədər ona qarşı mübarizə aparacaq".

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs