Əlaqə Arxiv
news Image
2018.07.14
09:30
| A A A
Bakı Brüsseldə İrəvanı diz çökdürdü
Məhəmməd Əsədullazadə: “Ermənistanın qeyri-konstruktiv mövqeyi və beynəlxalq təşkilatlar çərçivsəsində apardığı siyasət artıq qəbul edilmir” Oqtay Sadıqzadə: “İrəvan analayır ki, Qərbin yekdil qərarının əleyhinə çıxmağın mənası yoxdur”

“Biz Azərbaycan, Gürcüstan, Ermənistan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyimizə sadiqliyimizi bir daha vurğulayırıq".  Bu barədə NATO-ya üzv ölkələrin liderlərinin Brüsseldəki sammitinin yekunlarına dair bəyənnaməsində bildirilir. 

Nəzərə alaq ki, Avropa İttifaqı və Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri Sənədində də Azərbaycanə ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunur. Siyasilərin sözlərinə görə, bu sənədlər Qərbdə Ermənistana vurulan növbəti diplomatik zərbələrdir. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirir ki, Brüsseldə keçirilən NATO-nun 29-cu sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunması artıq alyansın regionda dövlətlərin ərazi bütövlüyünü BMT çərçivəsində tam dəstək verdiyini ifadə etdi: “Ermənistanın işğalı nəticəsində ölkəmizin ərazi bütövlüyünün pozulması bir neçə ildir davam edir. Azərbaycan daima danışıqlarda öz sülh missiyasını nümayiş etdirib. 
Ermənistanın qeyri-konstruktiv mövqeyi və beynəlxalq təşkilatlar çərçivsəsində apardığı siyasət artıq qəbul edilmir. Məhz NATO-nun Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıması Ermənistana vurulan zərbədir və onun işğalçılıq siyasətinin dəyişməsinə hesablanıb. NATO da regionda sülhün və təhlükəsizliyin, ərazi bütövlüyünün təmin olunmasının tərəfdarıdır. Azərbaycanın Avropa İttifaqı ilə bağladığı Tərəfdaşlıq Prioritetləri Sənədində də ölkəmizin ərazi bütövlüyünü tanıması bir daha iki mötəbər qurumun ərazi bütövlüyümüzə tam dəstəyinin ifadəsidir. Bu, diplomatiyamızın uğuru və beynəlxalq təşkilatların obyektivliyinin nəticəsidir. Artıq Ermənistanın işğalçı siyasəti diplomatik müstəvidə fiaskoya uğrayır. Biz bunu hərbi müstəvidə də həyata keçirməliyik. Yeni hakimiyyətin ciddi cəhdlərinə baxmayaraq, Ermənistanın işğalçı siyasəti Brüsseldə iki qurum tərəfindən qəbul edildi. Bu, Nikol Paşinyanın apardığı siyasətə bir daha zərbədir”.
Digər politoloq Oqtay Sadıqzadə bildirdi ki, NATO-nun Brüsseldəki sammitində vacib qərarlar qəbul edilib: “Dövlətlərin ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu. Bu, Azərbaycan diplomatiyasının növbəti ciddi uğurudur. 
Azərbaycanın ərazi bütövlüyünə Şimali Atlantik Alyansdan növbəti dəfə dəstək verildi. Bunu rəsmi İrəvan necə istəyirsə, elə başa düşsün. Amma Ermənistandakı son seçkilərdən sonra rəsmi İrəvan da anlayır ki, bu məsələdə bütün Qərbin fikri yekdildir. Bu məsələdə ikili standartlar mövcud ola bilməz. Rəsmi İrəvan da başa düşür ki, proseslər onun milli – işğalçılıq maraqlarına uyğun olmayan məcrada inkişaf edir. Ermənistanın milli maraqları onu tələb edir ki, işğalçı siyasətindən əl çəksin. Regiondakı əsas aktor dövlətlərlə münasibətlərini inkişaf etdirsin. Bütün bu proseslər həm də Ermənistanda sosial, iqtisadi vəziyyəti yaxşılaşdıra bilər. Ona görə də İrəvan analayır ki, Qərbin yekdil qərarının əleyhinə çıxmağın mənası yoxdur. Blokada vəziyyətdən çıxmaq istəyirsə, ilk növbədə Qarabağ problemini həll etməlidir. 
Onu da nəzərə alaq ki, prosesin zamanıdır. İrəvandakı real düşünən siyasətçilər bunu gözəl anlayırlar. NATO-un Brüssel sammiti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, tarixə bir daha Azərbaycan diplomatiyasının uğurlu salnaməsi kimi daxil olacaq. Azərbaycan dövləti bundan sonra da Qərblə, NATO ilə ikitərəfli əlaqələrini inkişaf etdirəcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz