news Image
2018.07.13
17:12
| A A A
Aydın Mirzəzadə: Gəncədə məhv edilən terrorçunun müsəlman qəbiristanlığında dəfn edilməməsi digərlərinə də bir görk olar

Gəncədə təxribat törədənlər Azərbaycanın dövlətçiliyinə xələl gətirməyə cəhd etdilər. Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

A.Mizəzadə qeyd edib ki, həmin şəxslər ölkə xaricindən idarə olunanlardır:

"Polis zabitlərini qətlə yetirənlərin zərərsizləşdirilməsi bir daha onu təsdiqlədi ki, Azərbaycanda heç bir cinayət cəzasız qalmayıb və qalmayacaq. Azərbaycan müstəqilliyini ona görə qazanmayıb ki, kimlərinsə təsiri altına düşsün və öz vətəndaşlarının hüquqlarını qoruya bilməsin. Gəncə hadisələri bir daha göstərdi ki, dövləti sarsıtmaq olmaz, xalqla iqtidar arasında möhkəm birlik var".

Bir qrup Gəncə fəalının polis zabitlərinin qətlində şübhə bilinən və iyulun 13-də zərərsizləşdirilərək məhv edilən cinayətkarın müsəlman qəbiristanlığında dəfninə etiraz etməsi məsələsinə gəlincə isə millət vəkili bildirib:

"Bu, ictimaiyyət nümayəndələrinin fikridir, bu məsələni buraxaq gəncəlilərin ixtiyarına. Özləri necə istəyirlərsə, elə də etsinlər. Düşünürəm ki, bu, həm də digərlərinə bir görk olar".

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Trend

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs