Əlaqə Arxiv
news Image
2018.07.15
11:48
| A A A
Dövlət sərhədində Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb (FOTO)

İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

 

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.

Sizin Reklam Yeriniz