Əlaqə Arxiv
news Image
2018.07.17
09:40
| A A A
Paşinyan Brüsselə “haynan gedib, vaynan qayıtdı”
Ermənistanın baş naziri Avropada əl açıb pul yığmaq istədi, amma “iniltisi göz yaşları doğurmadı”

Bir neçə gün əvvəl Brüsseldə keçirilən NATO sammitinə Ermənistanın baş naziri Nikol Paşinyanın dəvət edilməsi İrəvanda böyük sevinc hissi doğurmuşdu. Bəziləri hətta çırtıq çalın oynamaq havasında idilər. İddialar da yüksək idi. Paşinyanın fikri sammitin yekun bəyannamsəinə şəstlə “öz müqəddəratını təyinetmə” formulunu saldırmaq idi. Küçədən nazir kabinetlərinə birbaşa gediş edən vəzifəlilər düşünürdülər daha işlər düzəlib, madam ki, lideri Brüsselə dəvət ediblər, demək, pul da verəcəklər, hələ bir “öpüb gözlərinin üstünə də qoyacaqlar”. Amma siyasətin isti-soyuğundan başı çıxmayan bu adamlar bilmirdilər ki, üzə gülə-gülə “yox” demək avropalıların həyat tərzidir. Axı, insafən, bu avropalılar nə qədər varlı olsalar da, axmaq deyillər ki, az qala Ermənistanın illik büdcəsi qədər olan vəsaiti ianə kimi çölə atsınlar. Bəs, necə, müasir zəmanədə dilənçiyə də pulu minnət-sünnətlə verirlər, o ki qaldı baş nazir ola. Buna görə də elə İrəvanda çıxan “Lragir” qəzeti Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfərini belə şərh edib: “Artıq hər şeyi və hər kəsi öz adı ilə çağırmaq gərəkdir. “Paşik” Brüsseldə gülümsəyirdi, nikbin görünürdü, bütün işlərin alınması ilə bağıl təəssürat yaratmağa çalışırdı. Amma əfsuslar olsun ki, belə deyil. Avropa İttifaqı və NATO bizi pərişan etdi. “Paşik” isə Ermənistana az qala gözüyaşlı qayıtdı. İrəvanda Paşinyan inqilabın lideri kimi Avropa İttifaqından və Aİ rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət gözləyirdi. Amma Ermənistan mediasının iddia etdiyi kimi qırmızı xalçalar sərilmədi, Paşinyan təntənəli şəkildə, alqışlarla qarşılanmadı. Paşinyan Brüsselə səfəri zamanı ciddi cəhdlə Aİ-dən 70-80 milyon avro pul almaq istəyirdi. Bu vəsait büdcəsi boş olan Ermənistanda yeni seçkilərin keçirilməsi üçün vacibdir”. 

Düzdür, bəzi erməni saytları Avropa yetkilisi Donald Tuskun gülümsəyə-gülümsəyə dediyi “Ermənistan mənim dostumdur” tipli şablon ifadəsinə görə özlərini elə aparırlar ki, sanki, sabah ya birisigün Ermənistan kosmosa adam göndərəcək. Amma siyasi razılaşmaların diplomatik şərti sazişin imzalanıb-imzalanmaması ilə ölçülür, əgər “Paşik”ə vəsait verilmiyibsə, onun pişik kimi tumarlanması istehzadan başqa bir çey deyil. Onsuz hər yanda “uşaq-muşağın” başını sığallayıb könlünü almaq yaşlıların borcu sayılır. Avropada da N.Paşinyan belə “təcavüzə” məruz qalıb.  
Ancaq erməni ki, erməni, onun tərəfdarları Paşinyanın Brüssel səfərinin uğursuzluğunu ört-basdır etmək üçün məqsədi başqa tərəfə yönəldib, bunun Putinə böyük zərbə olduğundan dəm vururlar. Yeri gəlmişkən, Vladimir Putin də Moskvada Paşinyanla gülümsəyərək danışmışdı. Görünür, ermənilər bu gülümsəməni “əlacsızlıqdan doğan məcburiyyət” kimi anlamışdılar. Buna görə də Kremlin şilləsi Paşinyana dəyməmiş onlar ayılmayacaqlar. 
Nə isə... Brüsseldə Paşikin peysərini yandırdılar. Yəni, NATO sammitin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi və münaqişələrin beynəlxalq hüquq çərçivəsində həll edilməsi məsələsi yenidən eyd edildi. Milli müqəddəratını təyinetmə hüququ isə yekun sənədə salınmadı. Yalnız ona görə ki, bu müddəaya ehtiyac yoxdur, çünki sammitdə artıq öz müqəddəratlarını həll etmiş millətlərin rəhbərləri iştirak edirdilər. 
Paşinyanın Brüssel səfərində “oxunun daşa dəyməsi”nin bir, bəlkə də əsas səbəbi Ermənistanın kasıb və çıxılmaz vəziyyətdə olması idi. Çünki, bu dövlətə göstərilən yardımım əvəzində qaytarmağa heç nəyi yoxdur. Hətta dövlət müstəqilliyi də saxtadır. Bu səbəblərdən ermənilər onlara ayrılan yardımı şəxsi mənfəətləri üçün oğurlamaqdan başqa yol görmürlər. Bilirlər ki, bu oğurlamasa, o birisi oğurlayacaq. Beləcə, onlar gələcək talelərini də oğurlayıb kriminmallaşırlar. Cinayətkar rejim bütün digər ölkələr kimi Avropaya da lazım deyil. Üstəlik də təcavüzkarlıq etmək, Azərbaycanın işğal edilmiş ərazilərindən erməni silahlı qüvvələrini çıxarmamaqla perspektivlərini də məhv edirlər. Brüsseldə diplomatik uğursuzluq bu məhvetmənin tərkib hissədidir.
N.NOVRUZ  

Sizin Reklam Yeriniz