Əlaqə Arxiv
news Image
2018.07.16
16:49
| A A A
Trampla Putin ikitərəfli münasibətlərin möhkəmləndirilməsini istəyir

ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşdən əvvəl Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, söhbət zamanı Suriyadakı vəziyyət və Rusiya müzakirə olunub.

Liderlər Ankara və Vaşinqtonun Suriyada böhranın həlli üçün Mənbicdə vəziyyətin sabitləşməsi üzrə birgə planının icrasının vacibliyini vurğulayıblar.

 

Bundan başqa, dövlət başçıları ikitərəfli münasibətlərin möhkəmləndirilməsində qətiyyətli olduqlarını təsdiqləyiblər.

Qeyd edək ki, hazırda Helsinkidə ABŞ və Rusiya prezidentləri D.Tramp və V.Putinin görüşü keçirilir.

 

Sizin Reklam Yeriniz