Əlaqə Arxiv
news Image
2018.07.17
15:23
| A A A
Paşinyanın blefi və real vəziyyət
Ermənistan hakimiyyəti hələ də Azərbaycan Ordusunun gücü qarşısında nə edəcəyini bilmir

Brüssel səfərindən ümidsiz qayıdan Erməmistanın baş naziri Nikol Paşinyan Azərbaycanın təmas xəttinə ordu cəmləşdirdiyini iddia etməyə başlayıb. Bildirdiyinə görə onun dərdi aprel olaylarının təkrarlana biləcəyi qorxusudur. Görəsən, mitinq qəhrəmanının Brüssel səfərindən sonra belə sərsəm fikirlər səsləndirməsinin səbəbləri nə ola bilər? 

Paşinyan NATO sammitinə dəvət alanda elə bilirdi ki, Ermənistanın NATO ilə sıx əməkdaşlığının özülü qoyulacaq və daha kimə istəsə hərbə-zorba gələ biləcək. Amma göründüyü kimi bu məsələ heç də  sadəlövhlərin hiyləgər fikirlərinin obyekti olmaq qədər asan deyil. Buna baxmayaraq ictimaiyyəti aldatmaq və NATO-ya özünü biçarə və yazıq görkəmdə göstərmək üçün erməni inqilabçısı yeni tryuklara başlayıb. 
Ermənistan milli təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Kommersant”ın sorğusuna cavab olaraq bu haqda cahanşümul fikirlər söyləyib: “Bu əməkdaşlıq sayəsində erməni hərbçiləri “Azərbaycan ordusunun necə işlədiyini” anlamağa çalışır”. Armen Qriqoryanın sözlərinə görə erməni hərbçiləri də alyansla sıx tərəfdaşlıq edən Azərbaycan hərbçilərinin əldə etdikləri təcrübədən faydalanmağa çalışır. Bu isə Qarabağda Azərbaycana qarşı duruş gətirmək üçün effektlidir: “Azərbaycan zabitləri Türkiyədə təhsil alır. Biz bu strukturu anlamaq istəyirik, istəyirik anlayaq ki, Azərbaycan ordusu necə işləyir”. NATO ilə əməkdaşlıq məsələsindən danışan Qriqoryan onu da deyib ki, Ermənistan alyansla yaxınlıq etsə də KTMT-dən çıxmayacaq. “Ermənistandakı inqilab xarici yox, daxili dəyişikliklərə yönəlmişdi”-o bildirib.
Belə çıxır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün arada heç bir düşmənçilik yoxdur və ermənilər yaxın qonşu kimi azərbaycanlılara yaxınlaşıb onlarla birlikdə təcrübə keçə bilərlər. Bu ermənilərə başda Paşinyan olmaqla çatmır ki, həmin Brüssel sammitində Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə nümayəndəsi Federika Moqerini xarici əlaqələr şurasının iclasından sonra hamının başa düşəcəyi şəkildə deyib: “Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyinə dair qəti mövqeyi var”. Azərbaycanın ərazi bütövlüyü isə məhz Ermənistanın təcavüzkarlığı sayəsində pozulub. Əvvəlcə bu məsələ yoluna qoyulmalıdır, sonra erməbilərin azərbaycanlılardan öyrənməsinə baxmaq olar. Həm də təkcə NATO ilə əməkdaşlığı yox, ümumiyyətlə, vuruşmağı öyrənmələrinə önların böyük ehtiyacı var. Paşinyanın aprel müharibəsindən qorxduğu bu mənada anlaşılandır. 
Ancaq ermənilərin anlaqsızlığı qüvvəsində qalır. Bu Paşinyan deyilən baş nazir ki var, hakimiyyəti ona verəndən sonra qondarma “arsax respublikası”nın adını yaman hallandırır. Elə bilir ki, bununla qondarmalığı həqiqiyə çevirə biləcək. Hakimiyyətdən əli çıxan respublika partiyası da xal qazanmaq üçün belə bir fikri müdafiə etməyə başlayıb ki, əgər aprel müharibəsi təkrarlansa onda İrəvan qondarma “DQR”i tanıyacaq. Beləcə, indi İrəvanda kimin ağlına nə gəldi danışır, necə deyərlər, əsl “hürriyyət”dir. O tərəfdən də politoloq Arman Navasardyan özünü özünü yeyib tökür ki, özünüzü itirməyin, indiki situasiyada Qarabağda döyüşlərin alovlanması gözlənilmir. 
Baş nazir Paşinyan isə NATO-da ona olan sayğısızlığı və Azərbaycan Prezidenti İlham Əliyevin Avropalı yetkililər və ümumiyyətlə dünya liderləri ilə gözqamaşdıran isti münasibətlərindən o dərəcədə rəncidə olub ki, Azərbaycan əsgərinin torpaqlarını azad edəcəyi fikri ona rahatlıq vermir. NATO-dan əli çıxdığından erməni xalqının vətənpərvərlik hissləri ilə oynamağa üstünlük verir. Döyüşlər başlayacağı təqdirdə milli ruhla müdafiə olunmaqdan dəm vurur. Yenə də başa düşmür ki, torpağın, dədə-baba yurdunun azadlığı üçün vuruşan əsgərin qarşısında heç bir qüvvə tab gətirə bilməz. Necə ki, 2016-cı ilin aprelində bu fikir təsdiq olunub.
N.NOVRUZ

Sizin Reklam Yeriniz