Əlaqə Arxiv
news Image
2018.07.19
07:00
| A A A
Azərbaycanın düşmənləri iflasa uğradılar
Xain təşkilatlar öz məqsədlərinə Azərbaycanda nail ola bilməzlər

Azərbaycan tarixində Gəncə şəhəri qədimliyi və yadellilərə qarşı mübarizəsi, həmçinin dövlətçilik ənənələri ilə məşhurdur. Başı bəlalar çəkmiş, azadlıq uğrunda möhtəşəm döyüşlərin şahidi olmuş bu təcrübəli şəhəri müasir dövrdə təxribata çəkmək, dövlətçiliyə xəyanətə cəlb etmək cəhdi uğursuz olduğu qədər də cəfəng ideyadır. Son iki həftədə baş vermiş Gəncə hadisələri təsdiq edir ki, məkrli xarici qüvvələr Azərbaycanı inkişaf yolundan döndərə bilməz. 

İcra başçısının güllələnməsi, yüksək çinli polis əməkdaşlarının öldürülməsi, əvvəlcədən hazırlaşdırılmış xüsusi adamlar vasitəsilə ölkədə xaos yaratmaq planları sübut edir ki, bu təxribat cəhdi xarici pozucu  qüvvələr tərəfindən üzün müddət ərzində planlaşdırılıb. Hazırda təhqiqatları sürətlə davam etdirən hüquq-mühafizə orqanlarının işçilərindən ibarət komissiya bu cunayətin iştirakçıları və fəaliyyəti barədə yeni təfərrüatlar üzə çıxarırlar. 
Gəncədə terror aktı, iğtişaşların planlaşdırılması və təşkil edilməsində ittiham edilərək həbs olunanlar arasında Ceyhun Qurbanov, Vüqar Allahverdiyev, Ülvi Həsənov, Akif Əliyev,  Seymur Əliyev, Alim Yusifov və digər şəxslər var. İstintaq müəyyənləşdirib ki, onlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməklə mqvafiq məlumatları toplayıb və sonra Yunis Səfərova çatdırıblar. C.Qurbanov Y.Səfərovun yaxın qohumudur. Həbs edilmiş bu şəxslər Şəmkir rayonundan və digər yerlərdən kriminal yönümlü bir neçə şəxsin kütləvi iğtişaşda iştirak etmək üçün Gəncəyə aparılmasını təşkil ediblər. İğtişaşçılar sırasında jurnalist fəaliyyəti ilə məşğul olanların da olması bir daha hadisələrin diqqətlə və mütləq baş tutacağı ümidi ilə hazırlandığını göstərir. Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən,  1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıblar. Bunlar da təxribata cəhd edənlərin xaricdə hamilərinin olduğunu göstərən faktlardır.
Sui-qəsdçi Yunis Səfərov haqqında da komissiya geniş material əldə edib və məlum olub ki, o və digər qatillər əvvəllər məhkum olunmuş, yaxud həyatın isti-soyuğunu görməmiş təcrübəsiz gənclərdir. Xüsusilə xarici ölkələrdə dini təhsil alan tələbələrin belə çirkin işə hazırlanması məqsədilə ələ alınması, onlardan terrorçu hazırlanması ilə məşğul olanlar xaricdə oturaraq Azərbaycan əleyhinə təbliğat və qiyam hazırlığı aparıblar. Hazırda İran İslam Respublikası ərazisində yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilib. Mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus "nur-az.com” internet saytı vasitəsilə ölkəmizdə terror hadisələrinin törədilməsinə çağırış edib. Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bir sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndəriliblər. 
Təhqiqat davam edir. Araqarışdıranların geniş şəbəkəsi aşkar olunaraq tərksilah edilir. Cəmiyyət də bu şəbəkənin üzvlərini hiddətlə lənətləyir. Çünki, Azərbaycan dövlət müstəqilliyinə asanlıqla nail olmayıb. Millətimiz bu yolda qanını axıdıb, azad olub, indi isə ölkənin tərəqqisi ilə məşğuldur. Belə bir inkişaf dövründə ölkədə çaxnaşma yaratmaq yalnız xainlərə məxsus fəaliyyətdir. Əsas odur ki, Azərbaycanın düşmənləri Gəncədə iflasa uğradılar, çünki bu şəhərdə xəyanətə heç vaxt yer olmayıb. Digər şəhərlərdə də xəyanət yolunu seçənlər ifşa olunaraq qanun qarşısında cavab verəcəklər. Azərbaycana uzanan xain əllər qətiyyətlə kəsiləcək.
N.NOVRUZ 

Sizin Reklam Yeriniz