Əlaqə Arxiv
news Image
2018.07.21
10:30
| A A A
Bakı-Paris yaxınlaşması İrəvan üçün yeni zərbə oldu
Qabil Hüseynli: “Fransanı danışıqlarda obyektivliyə doğru çəkə bilmişik” Tofiq Abbasov: “Ermənistan Qarabağ problemini yaşatmaqla, özünün gələcəyə gedən yolunu bağlayıb”

Məlumdur ki, Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makronun dəvəti ilə iyulun 19-da Fransaya səfərə gedib. Səfər çərçivəsində ölkə rəhbəri Fransanın bir sıra şirkət rəhbərləri, vəzifəli şəxsləri ilə görüşüb. Diqqəti çəkən məqam budur ki, artıq ermənilər Prezident İlham Əliyevin Fransa səfərinə reaksiya veriblər. Bekə ki, Parisin Bakı ilə sürətlə yaxınlaşdığından narahatdırlar. Siyasilərin fikrincə, ermənilər bu narahtlıqlarında haqlıdırlar. 

Politoloq Qabil Hüseynli bildirdi ki, Fransa həmişə Ermənistanı özünün kiçik qardaşı hesab edib: “Fransa prezidentləri Ermənistana səfər edən zaman da bu sözləri dilə gətirməkdən çəkinməyiblər. Nəzərə alaq ki, ermənilərin də böyük bir icması Fransada yaşayır. Onlar Fransa siyasətinə təsir edəbiləcək gücə malikdirlər. Məsələn, Lion şəhərinin yarıdan çox ermənilərdən ibarətdir. Yəni, Fransada ən böyük erməni diasporu fəaliyyət göstərir. 
Ermənilərin səyi hesabına ermənilərlə fransızlar arasında tarixi bağlar formalaşıb. Amma nəzərə alaq ki, Emmanuel Makron da keçmiş prezidentlərlə müqayisədə daha demokratik insana bənzəyir. Lakin Fransanın siyasi sistemində ermənipərətst siyasi qüvvələr az deyil. Buna rəğmən Azərbaycan Prezidenti də uzunmüddətdir Fransa Prezidentiilə əlaqələr qura bilib. Bu baxımdan Fransanı danışıqlarda obyektivliyə doğru çəkə bilmişik.” 
Politoloq əlavə etdi ki, səfərin ən böyük əhəmiyyəti Fransanı Qarabağ məsələsində obyektiv mövqe tutmağa çəkəcəyimizdir “Fransa qondarma «DQR»i tanımır. Ancaq Ermənistanı da təcavüzkar dövlət kimi tanımır. Eyni zamanda ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirmir. Güman ki, İlham Əliyevin səfəri Fransanın mövqeyinin dəqiqləşməsinə, Azərbaycanın ərazi bütövlüyünün tanınmasına gətirib çıxara bilər. Ermənilər də məhz bundan narahatdırlar”. 
Digər siyasi şərhçi Tofiq Abbasov bildirdi ki, ermənilərin səfərlə bağlı narahatçılıqları faktdır: “Nəzərə alaq ki, Ermənistan Qarabağ problemini yaşatmaqla, özünün gələcəyə gedən yolunu bağlayıb. Artıq gücü, resursu heç nəyə çatmadığından, Azərbaycanın xarici siyasətdə həyata keçirtdiyi təşəbbüsləri, xarici əlaqələrini tənqid etməyə çalışır. 
Düzdür, ermənilərin Fransada diasporu müəyyən imkanlara malikdir. Bununla belə Azərbaycan Prezidentinin səfərini ağrısız həzm edə bilmirlər. Görürlər ki, əks-təbliğat işində gücləri çatmır. Azərbaycanı neytrallaşdırmaq üçün də resursları yoxdur. Bu baxımdan onlarda qıcıqdan başqa reaksiya ola bilməz. 
Ümumilikdə mənzərə onu göstərir ki, Ermənistan xarici siyasətdə özünün potensialını tükəndirib. Artıq quruculuq yox, dağıdıcılıq işi ilə məşğuldur. Lakin Azərbaycanın xarici siyasətində dinamik inkişafını dəf edə bilməz. Çünki Azərbaycan təkliflərlə, nəqliyyat, kommunikasiya, texnologiya sahələrində yeni təşəbbüslərə, layihələrlə çıxış edir. Tərəflər də bundan yararlandığı üçün münasibətlər qurulur. Ermənilər isə həmin sahələrdə çox zəifdirlər. Ancaq narahatçılıqdan başqa heç nə edə bilməzlər”. 
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz