Əlaqə Arxiv
news Image
2018.07.21
10:00
| A A A
Qan görəndə qorxan ermənilərin Rusiyaya qarşı “cəsarəti”
Kreml İrəvana nələrisə başa salmaq istəyir, Paşinyan isə özünü qanmazlığa vurub

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın əsgərlərinin Şirak vilayətinin Panik kəndində təlimləri Moskva-İrəvan münasibətlərini pisləşdirib. İrəvan bu fonda Rusiyaya qarşı daha açıq və narazı mövqe sərgiləyir. Bu fonda siyasi ekspertlər ermənilərin Kremlin üzünə ağ olmaq üçün cəsarəti “hardan tapdıqlarını” araşdırmağa çalışırlar. Axı, bunun sonu yaxşı olmaya da bilər və o vaxt baş nazirdən çox sadə camaat əziyyət çəkəcək.

Hadisə belə baş verib. Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci bazanın hərbçiləri bir neçə avtomobildən ibarət kalonla kəndə daxil olaraq xüsusi taktiki təlim məşğələsi keçiriblər. Bu zaman rus hərbçiləri boş patronlarla kənddə intensiv atəş açıb, heç nədən xəbəri olmayan kənd sakinləri güllə səslərini eşidərək evlərindən qaçıb. Bir çoxlarının qorxudan ürəyi gedib. Görünür, aprel müharibəsinin xofu hələ də ermənilərin canındadır və güllə səsi eşidəndə ölümlərini alırlar gözlərinin altına. Amma məsələ bunda deyil. Rus hərbçilərinin bu cür davranışının hansı məqsəd güdməsi və Ermənistan hakimiyyətinin bu hadisəyə reaksiyasıdır. 
Rusiyanın 102-ci hərbi bazasının bir qrup hərbçisinin təlim adı altında iyulun 17-də Şirak vilayətinin Panik kəndinə daxil olaraq atəş açması Ermənistan hökumətinin iclasında müzakirə olunub. Baş nazir Nikol Paşinyan iclasda çıxış edərək bu insidentə görə Rusiya hərbi bazasında məsuliyyət daşıyanların hamısının cəzalandırılmasını tələb edib: “Bəyan etmək istəyirəm ki, bu sadəcə olaraq yolverilməz insidentdir. Mən bunu Rusiya-Ermənistan dostluq münasibətlərinə qarşı təxribat və Ermənistanın suverenliyinə qəsd sayıram”. Baş nazir polisin insidentlə bağlı materiallar hazırlayıb effektli təhqiqat aparacağına ümid etdiyini bildirib.
Baş nazirin belə münasibəti indi müxalifət sayılan respublika partiyasının üzvlərini ciddi surətdə həyəcanlandırıb. Bu partiyadan deputat olan Armen Aşotya özünün “facebook” səhifəsində hökumətə iradını bildirib: “Əgər hərbi bazanın hərbçiləri tərəfindən baş vermiş hadisə ilə bağlı üzrxahlıq edilibsə, onda hökumətin iclasında baş nazirin kəskin reaksiyasının səbəbi anlaşılan deyil”. A.Aşotyanın Rusiyanın qəzəbinin nə ilə qurtaracağını bildiyindən məsələnin diplomatik müstəvidə yoluna qoyulmasını məsləhət görür. Çünki, hərbçilərin bu hərəkəti heç də təsadüfi ola bilməz. Müharibə obrazlı bu təlimin sətiraltı mənası olmamış deyil. Amma belə görünür ki, Paşinyan da bunu başa düşür, ancaq kənar qüvvələrin təsirilə Moskva ilə aranı daha da pisləşdirməyə davam edir. Əslində Kremlə də du lazımdır. Çünki, İrəvana qulaqburması vermək üçün zəmin hazırlanmalıdır.
Paşiyanın cəsarətini isə i bəzi politoloqlar ABŞ-ın bu cırtdan ölkədə 200 nəfərlik diplomatik korpus saxlaması ilə əlaqələndirirlər. Amerika Qafqazın fəthində ikinci hədəf kimi Ermənistanı seçib. Ermənilər də bundan şirniklənib. Amcaq daşa düşmək lazımdır ki, əvvələn, ABŞ ermənilər üçün yox, öz geostrateji məqsədləri üçün Qafqaza gəlir. İkincisi, nə fərqi var, Rusiyanın əlaltısı oldun, yoxsa Amerikanın? Nəticə eynidir. 
Diplomatik gedişlərdə daha bir açıq yazılmayan qayda ondan ibarətdir ki, amerikalılar İrəvanda ruslara qarşı açıq mübarizə apara bilməzlər. Onlar ermənilərin adı ilə iş görürlər. Məsələ burasındadır ki, ruslar da cavab zərbəsini ermənilərə endirəcəklər. Onda Nikol Paşinyan necə saxtakarlıq edəcək, məlum deyil, məlum olan odur ki, o çox “sol” gedir və “baçına qapaz” dəyəndə də çox gec olacaq.
N.NOVRUZ    

 

Sizin Reklam Yeriniz