Əlaqə Arxiv
news Image
2018.07.20
18:29
| A A A
Azərbaycan Milli Mətbuatının 143-cü ildönümü münasibətilə təntənəli mərasim keçirilir

Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə "Altun Saray" da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. Movqe.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri, deputatlar, Türkiyədən Azərbaycana gəlmiş jurnalistlərdən ibarət 40lfiyyə Quluyeva  nəfərlik nümayəndə heyyəti, ölkənin aparıcı mətbu orqanlarının baş redaktorları, eləcə də qalib jurnalistlər iştirak edib. Qonaqları salamlayan Vüqar Səfərli jurnalistləri təbrik edərək bu günki tədbirdə "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü" ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yer tutan qaliblərin də mükafatlandırılacağını bildirib. Müsabiqəyə təqdim olunan yazılarla bağlı məlumat verən Fondun icraçı direktoru milli mətbuata dövlət qayğısından danışıb.  

Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqədə 66 kütləvi informasiya vasitəsi iştirak edib və müsabiqəyə 162 yazı daxil olub: "Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamətdə 6 yazı qalib elan olunub. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə isə 3 yer müəyyən edilib. Ümumilikdə 19 istiqamət üzrə 114 yazı qalib elan olunub".

V.Səfərli qeyd edib ki, Fond 9 ildən artıqdır ki, fəaliyyət göstərir. Onun sözlərinə görə, indiyədək dövlət tərəfindən mətbuatın inkişafı üçün 35 milyon manatdan çox vəsait ayrılıb və bu vəsait əsasən çap mediasının inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilib.

Daha sonra çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öncə jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib. Azərbaycanın dövlətinin tarixindən söz açıb. Milli mətbuatın yaranmasının Azərbaycanın dövlətçilik tarixindən əvvələ təsadüf etdiyini söyləyən Əli Həsənov "Əkinçi" qəzetinin yarandıqdan sonra cəmi iki ildən sonra bağlanmasında qəzetin təsisçisinin azərbaycanlı olmasının rol oynadığını söyləyib. Professor qeyd edib ki, "Əkinçi" qəzeti öz çapını dayandırsada, milli şüurun oyanmasında böyük rol oynayıb. Əli Həsənov bildirib ki, Azərbaycan milli dövlətçiliyinin formalaşmasında “Əkinçi” qəzetindən başlayan və inkuşaf edən milli mətbuatımızın böyük rolu və xidmətləri olub: “Mili mətbuatımız o zaman Azərbaycançıçılıq, türkçülük ideyalarının formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Bu mətbuat orqanlarının ətrafında milki ziyalılar cəmləşdi və dsha da güclü məktəb olaraq milli-mənəvi və siyasi düşüncəsini irəli apardı”.

Professor Əli Həsənov deyib ki, Sovet İttifaqının tərkibində olduğumuz dövrdə də yeni jurnalistika məktəbi yarandı. Sonrakı dövr müstəqillik dövrü idi. İndiki jurnalistlərin çoxu müstəqillik dövründə medianın formalaşmasında iştirak etmişlər”.

Əli Həsənov deyib ki, bizim jurnalistikamız beynəlxalq səviyyədə tanınan və qəbul olunan mediadır. O, mətbuatın üzərindən senzuranın götürülməsi, Azərbaycan KİV dövlət dəstəyi konsepsiyasının qəbul edilməsi və KİVDF-nin yaradılması kimi faktları göstərərək medianın inkişaf etdiyini deyib.

Əli Həsənov məclisdə Türkiyə mediasının nümayəndələrinin inkişaf etdiyini nəzərə çatdıraraq: “Biz Türkiyə mediası ilə “iki dövlət tək media” siyasəti yeridirik”.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan ilə Türkiyə arasında olan münasibətlərdən danışıb: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Biz bir millət, iki dövlətik. Azərbaycan jurnalistlərinin Milli Mətbuat Günü bizim də bayramımızdır”.

Mərasimdə “Anadolu yayınları”nın rəhbəri Sinan Burhan “Fəxri diplom”la təltif olunub.

Sonra yazı müsabiqəsində qalib gələn jurnalistlər təltif olunub. Tədbir bədii hissə ilə davam etdirilib.   Zülfiyyə Quluyeva 

Sizin Reklam Yeriniz