Əlaqə Arxiv
news Image
2018.07.20
18:46
| A A A
Əli Həsənov: "Bu gün Azərbaycan mediası dünya səviyyəsinə qalxıb"

Movqe.az xəbər verir ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov Milli Mətbuat Günü ilə keçiriilən mərasimdə geniş nitqlə çıxış edib. O, bildirib ki, Azərbaycan milli dövlətçiliyinin formalaşmasında “Əkinçi” qəzetindən başlayan və inkuşaf edən milli mətbuatımızın böyük rolu və xidmətləri olub: “Mili mətbuatımız o zaman Azərbaycançıçılıq, türkçülük ideyalarının formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Bu mətbuat orqanlarının ətrafında milki ziyalılar cəmləşdi və dsha da güclü məktəb olaraq milli-mənəvi və siyasi düşüncəsini irəli apardı”.

Professor Əli Həsənov deyib ki, Sovet İttifaqının tərkibində olduğumuz dövrdə də yeni jurnalistika məktəbi yarandı. Sonrakı dövr müstəqillik dövrü idi. İndiki jurnalistlərin çoxu müstəqillik dövründə medianın formalaşmasında iştirak etmişlər”.

Əli Həsənov deyib ki, bizim jurnalistikamız beynəlxalq səviyyədə tanınan və qəbul olunan mediadır. O, mətbuatın üzərindən senzuranın götürülməsi, Azərbaycan KİV dövlət dəstəyi konsepsiyasının qəbul edilməsi və KİVDF-nin yaradılması kimi faktları göstərərək medianın inkişaf etdiyini deyib.

Əli Həsənov məclisdə Türkiyə mediasının nümayəndələrinin inkişaf etdiyini nəzərə çatdıraraq: “Biz Türkiyə mediası ilə “iki dövlət tək media” siyasəti yeridirik”.

Sizin Reklam Yeriniz