Əlaqə Arxiv
news Image
2012.04.30
20:43
| A A A
Azərbaycan üç erməni hərbi əsiri üçüncü ölkəyə təhvil verib
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb

Azərbaycan Silahlı Qüvvələrinə əsir düşmüş 3 Ermənistan hərbçisi üçüncü ölkəyə təhvil verilib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, əsir düşən Ohan Arutyunyan, Gevorq Tomasyan və Karen Arutyunyan üçüncü ölkəyə təhvil verilib.

Məsələni dəqiqləşdirməklə üçün Müdafiə Nazirliyi və Azərbaycanın Əsir və İtgin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.

Qeyd edək ki, hazırda Azərbaycan tərəfində bir ailənin üzvü olan 5 mülki şəxs var. Eqişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar 2010-cu ilin yanvarında könüllü olaraq Azərbaycana tərəfə keçiblər.

Sizin Reklam Yeriniz