Əlaqə Arxiv
news Image
2018.08.14
09:30
| A A A
Status probleminin çözümü Xəzərdə turizmi də canlandıracaq
Eldar Aslanov: «Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi Xəzəryanı ölkələrin iqtisadi, mədəni inkişafına böyük töhfə verəcək»

Xəzərin statusu ilə bağlı 20 ilə yaxın davam edən məsələlər nəhayət ki, öz kulminasiya nöqtəsinə gəlib çatdı. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi, mühüm layihələrin həyata keçirilməsinə, Xəzəryanı dövlətlər ararasında əlaqələrin  genişləndirilməsinə təkan verəcək əsas amil kimi qiymətləndirilir. Ekspertlər də, Xəzərin statusuna dair konvensiyanın razılaşdırılmasının bütün Xəzəryanı dövlətlərin iqtisadi maraqlarına cavab verdiyi, eləcə də turizmin inkişafına töhfə verəcəyini söyləyirlər. Elə Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin V sammitində Rusiya prezidenti Vladimir Putin Xəzər qonşularını turizm üzrə mümkün birgə layihələr üzrə proqram hazırlamağa çağırıb. O bildirib ki, Xəzər İqtsadi Forumunun yaradılmasına dair qəbul olunan qərarlar ölkələrimizin işgüzar cəmiyyətləri arasında əlaqələri daha da möhkəmləndirməyə imkan verəcək.

Turizm üzrə ekspert Eldar Aslanov da   deyir ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi Xəzəryanı ölkələrin iqtisadi, mədəni inkişafına böyük töhfə verəcək: “Mən əminəm ki, bu turizm sahəsində inkişafa böyük təkan verəcək. Çünki, uzun illərdir ki, Azərbaycan  tərəfi, Xəzərdə  kruizlər ideyası ilə çıxış etmişdi. Xəzəryanı ölkələrin müəyyən olunmuş tarixi, mədəni, çimərlik potensialı olan, eləcə də su turizm növlərinin birgə fəaaliyyəti ilə bağlı təkliflər vermişdi. Dəniz kruiz səyahətlərinin təşkili də mühüm əhəmiyyət kəsb edirdi.

Qeyd edim ki, dənizdə kruiz səyahətlərinin təşkili okean və dənizlərə çıxışı olan ölkələrdə geniş tətbiq olunur. Məsələn, dənizdə kruiz səyahətinin təşkilindən Aralıq dənizi ölkələri xeyli gəlir əldə edir. Dünyada sahil ölkələrinin sayı birdən çox olan ölkələrinin sahillərinə dəniz yolu ilə turların təşkili artıq populyardır. Bu turlar iki-üç həftə çəkir. Bu təklif Azərbaycan tərəfindən qaldırılsa da, Xəzərin hüquqi statusunun müəyyən olunmaması bu işin reallaşmasını əngəlləyirdi. Çünki, Xəzərdə kommersiya fəaliyyətlərinin aparılması, Xəzər üzərindən isqtisadi əlaqələrin qurulması Xəzərin hüqiqi statusu müəyyənləşməmiş çoxlu suallar doğururdu. Amma artıq müvafiq konvensiya imzalandı, gözlənilir ki, gələn il Xəzər İqtisadi Forumu keçirilsin. Çox güman ki, o Forumun maraqlı panellərindən biri də, turizmin inkişafı olacaq. Çünki, Xəzər dənizinin çox böyük potensialı var.

Azərbaycan tərəfi Xəzərin ən böyük sahil zolaqlarından birinə malik olan ölkə kimi, Xəzər sahilində turizmi inkişaf etdirir. Maraqlıdır ki, Xəzərin hövzəsində olan ölkələrə gəlmiş turisrtlər bu yolla digər sahil ölkələrinə səyahət etmək imkanı əldə edəcəklər. Bu. Xəzəryanı ölkələrə səyahət etmiş ölkələrin digər sahil ölkələrinə qarşılıqlı səyahətinə rəvac verəcək. Konvensiyanın imzalanması regionda turzimi inkişaf etdirəcək”.

E. Aslanov deyir ki, bu Azərbaycanda Xəzərin sahilində turizm sektoru üzrə fəaliyyət göstərən şirkətlər üçün də yeni imkanlar açacaq: “Təsəvvür edin ki, Xəzəryanı ölkələr birgə müəssisə yaradırlar, bu şirkət payçı ölkələrin müəyyən nizamnamə kapitalı ilə  kruiz gəmilər alır, paralel üzv ölkələrdə həmin gəmilərin yan alması üçün infrastruktir qurulur. Həmin gəmilər bununla bir nöqtəyə yox, bir neçə ölkələrdə lövbər sala bilirlər”.

E. Aslanov Xəzərlə yanaşı, artıq Kür çayının da turizmə qazandırılması məsələsi üzərində düşünməyin vaxtı çatdığını söyləyir. Həmsöhbətimiz deyir ki, Kür çayının turizm potensialı böyükdür: “Kür çayının çox gözəl seyrangahı var. Kür çayında turlar təşkil etməklə balıq həvəskarlarına balıq tutmaq imkanı yaradıla bilər. Bunun üçün Kür çayında lazımi infrastruktur işləri aparılmalıdır. Kürdə kiçikhəçimli qayıqlarla turlar təşkil etməklə Kür sahil boyu rayonların iqtisadiyyatına da fayda vermiş olarıq. Dunay çayı buna bir misaldır. Regionlarda davamlı turizimin inkişafı dedikdə həmçinin bu məsələlər nəzərdə tutulur. Turizmin yeni üfiqləri bizə bunları vəd edir”.

 

Zülfiyyə QULUYEA  

Sizin Reklam Yeriniz