Əlaqə Arxiv
news Image
2018.08.16
18:36
| A A A
Dövlət Baxçalı: Türkiyə amerikalı rahibi Gülənlə dəyişdirə bilər

ABŞ Ankaraya Fətullah Güləni təhvil versə, Türkiyə Vaşinqtona terrorçuluqda ittiham olunan amerikalı rahib Endryu Bransonun verilməsi məsələsinə baxa bilər.

“Anadolu” xəbər verir ki, belə bəyanatla Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı çıxış edib.

Müxalifətin əsas simalarından biri qeyd edib ki, Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhdin arxasında bu gün türk lirəsini süquta uğratmaq istəyən qüvvələr dayanırdı.

“Açıq deyirəm: Türkiyədə iqtisadi böhrandan söhbət gedə biulməz. Türkiyə iqtisadiyyatı təcavüzə məruz qalıb”, - Baxçalı deyib.

Siyasətçi Türkiyə hökumətinin ABŞ-a qarşı cavab sanksiyalarını dəstəklədiyini də bildirib.

Sizin Reklam Yeriniz