Əlaqə Arxiv
news Image
2018.08.20
15:21
| A A A
Robert Koçaryanın evində və ofisində axtarış aparıldı

2018-ci il martın 1-də Yerevandakı hadisələr üzrə iş çərçivəsində Ermənsitanın sabiq prezidenti Robert Koçaryanın evində və ofisində axtarış aparılıb.

Movqe.az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Təfərrüatlar barədə məlumat verilmir.

 

Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toxunulmazlığna əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul edib.

Sizin Reklam Yeriniz