Əlaqə Arxiv
news Image
2018.08.21
18:00
| A A A
Britaniyalı nazir: “Brexit” danışıqları iflasa uğraya bilər

Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında “Brexit” danışıqları iflasa uğraya bilər.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant deyib.

Eyni zamanda o, danışıqların uğurla yekunlaşacağına ümid etdiyini bildirib:

 

“Mən inanıram ki, yekunda biz saziş imzalayacağıq, amma sazişin əldə olunmaması ehtimalı da artmaqdadır”.

Nazir bildirib ki, “Brexit”lə bağlı razılaşmanın qarşısında duran çətinlik Aİ ölkələrinin yanaşmasıdır:

“Bir tərəfdən onlar Böyük Britaniyaya yaxşı saziş təklif etmək istəyirlər. Digər tərəfdən isə, onlar bu sazişin əldə olunacağı təqdirdə digər ölkələrin Aİ-dən ayrılmaq istəyə biləcəyini düşünür”.

Sizin Reklam Yeriniz