news Image
2018.09.03
15:00
| A A A
Lavrov: Ermənistan KTMT qarşısında öhdəlikləri yerinə yetirməlidir

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında öhdəlikləri yerinə yetirməlidir.

Movqe.az bildirir ki, Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünün planlaşdırıldığını bildirən S.Lavrov Rusiyanın bu öhdəliklərə laqeyd olmadığını deyib:

“Bizim üçün bilmək vacibdir ki, Ermənistanın yeni lideri öz ölkəsindəki vəziyyətin inkişaf perspektivlərini necə qiymətləndirir. Biz hesab edirik ki, KTMT qarşısında öhdəliklər mövcuddur və onları yerinə yetirmək lazımdır”.