Əlaqə Arxiv
news Image
2018.09.04
09:22
| A A A
Azərbaycan Avropa İttifaqında daha böyük nüfuz sahibinə çevrilir
Elçin Mirzəbəyli: “ Azərbaycan bu addımları atarkən ilk növbədə özünün milli və dövlət maraqlarını əsas götürür ”

Almaniya Kansleri  Angela Merkelin  Azərbaycana səfəri bu həqiqəti üzə çıxartdı ki, təkcə Almanyia yox, ümumiyyətlə, Avropa İttifaqı (Aİ) da Azərbaycanla münasibətləri dərinləşdirməkdə maraqlıdır. BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin fikrincə, Aİ-nin  Azərbaycanla münasibətləri dərinləşdirməkdə maraqlı olmasına ölkəmizin stabil, sabit olması, iqtisadi inkişafı və enerji sahəsində oynadığı rol səbəb olub: “Azərbaycanla Avropa İttifaqının bir çox dövlətlərilə ikitərəfli strareji əməkdaşlıq haqqında müqavilələr var. Ölkəmiz Avropa İttifaqının mərkəzi qurum və müvafiq kommisiyaları ilə, həm də ayrı-ayrı dövlətlərilə yaxından əməkdaşlıq edir. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmiz bu istiqamətdə atdığı addımlarla götürdüyü öhdəlikləri  vaxtında və zamanında yerinə yetirməklə ortaya qoyub. Ən kritik situasiyalarda belə Azərbaycan hər zaman ticarət tərəfdaşı kimi üzərinə götürdüyü öhdəliklərin öhdəsindən böyük ustalıqla gəlir. 

Prinsip etibarı ilə bu da Avropa İttifaqında ölkəmiz haqqında sabit, dayanıqlı bir dövlət obrazının yaranmasına zəmin yaradıb. Bu aspektdən də hesab edirəm ki, həm buna, həm də ölkəmizdə siyasi, iqtisadi sabitliyin qorunub saxlanılmasına görə önəmli geosiyasi dövlətə malik olduğundan hər zaman Azərbaycan Avropa İttifaqının diqqət mərkəzində olub. 
Bu yanaşma Almaniya kansleri Angela Merkelin ölkəmizə səfəri gedişində də özünü büruzə verdi. Bu fonda Almaniya ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olundu və nəticəyə uyğun olaraq ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyi gözlənilir. Azərbaycan prezidentinin Aİ-nin üzvü olan aparıcı dövlətlərin nümayəndələri, o cümlədən Fransa prezidenti, İngiltərə baş naziri ilə yaxın təmasları olub. Bu görüşlər fonunda qarşılıqlı əməkdaşlıq haqqında müxtəlif müqavilələr imzalanıb. Həmçinin, Azərbaycanla Aİ arasında imzalanacaq saziş üzərində işlər tamamlanmaq üzrədir. Bu sazişdə də ikitərəfli münasibətləri müəyyən edəcək çoxsaylı məsələlər öz həllini tapıb. Bütün bunlara əsasən hesab edirə ki, Aİ ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün mühüm perspektivlər vardır. Hansı ki, həmin perspektivlərin həyata keçirilməsi istiqamətində ciddi addımlar atılır. 
Mühüm faktorlardan biri də Azərbaycanın multukultural dəyərlərə önəm verməsi, ölkəmizdə bütün dinlərə dövlət tərəfindən lazımı qayğı göstərilməsidir. Bu da xalqımızın milli xüsusiyyətlərindən qaynaqlanır. Sadaladığım bu amillər Azərbaycanı digər beynəlxalq təşkilatlar kimi Aİ üçün də cəlbedici edir”. 
E. Mirzəbəyli bildirdi ki, Aİ ilə bu əməkdaşlıq ölkəmizin sözügedən məkanda nüfuz və çəkisinin artması baxımından xüsusilə əhəmiyyətlidir: “Şübhəsiz ki, Azərbaycan bu addımları atarkən ilk növbədə özünün milli və dövlət maraqlarını əsas götürür. Aİ-yə üzv dövlətlər bəlli bir inkişaf yolu keçib. Bu ölkələr iqtisadiyyat sahəsində də ciddi irəliləyişlərə nail olublar. Bu mənada Aİ ilə əməkdaşlıq Azərbaycan üçün müasir  texnologiyanın əldə edilməsi, investisiyanın cəlbi baxımından olduqca əhəmiyyətlidir. Aİ ilə bu münasibətlərin genişləndirilməsi ilk növbədə Azərbaycanın enerji sektorunda mövqelərini də möhkəmləndirir. Eyni zamanda, ölkəmizin nəqliyyat dəhlizinin diversifikasiyası istiqamətində atdığı addımlar üçün də daha geniş perspektivlər açılıq. Nəticədə bu əməkdaşlıq şübhəsiz ki, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz