Əlaqə Arxiv
news Image
2018.09.05
09:34
| A A A
Donald Tramp İrli Litsenbergeri ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təklif edib

ABŞ prezidenti Donald Tramp İrli Litsenbergeri öz ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə təklif edib.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, İrli Litsenberger karyeralı diplomatdır və hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir vəzifəsini tutur. İ.Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir.

Bundan əlavə, D.Tramp Con Pommerşeymi ABŞ-ın Tacikistandakı səfiri vəzifəsində təklif edib. C.Pommerşeym karyeralı diplomatdır və hazırda ABŞ-ın Qazaxıstandakı səfirliyində işləyir. C.Pommerşeym rus, alman, yapon və Çin dillərini bilir.

Sizin Reklam Yeriniz