news Image
2018.09.05
13:46
| A A A
GUAM ölkələri nazirlərinin görüşü keçiriləcək - FOTO

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında bildirib.

Nazir deyib ki, BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata üzv olan ölkələrin xarici işlər nazirlərinin görüşünün keçirilməsi barədə razılığa gəlinib.

 

Qeyd edək ki, GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatdır. 1997-ci il oktyabrın 10-da yaradılıb. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olub.