news Image
2018.09.07
16:37
| A A A
Vladimir Putin: "Suriyada terrorçular kimyəvi silahlarla təxribatlar törədir"

"Suriyanın İdlib əyalətində terrorçular müxtəlif təxribatlar hazırlayır və törədir".

Movqe.az-ın xəbərinə görə, bunu Tehranda üçtərəfli İran-Türkiyə-Rusiya zirvə görüşündə Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, ən təhlükəli məqam təxribatlarda kimyəvi silahlardan da istifadə olunmasıdır.

V.Putin bildirib ki, hazırda ölkə ərazisinin 95 faizi terrorçulardan təmizlənib, 15 minədək sakin yurd-yuvasına dönüb.

Rusiya prezidenti davamlı humanitar tədbirlərlə suriyalıların evlərinə qaytarılmasına tərəfdar olduğunu vurğulayıb: “Suriya probleminə dair daha əvvəl keçirilmiş iki zirvə görüşünün qərarları uğurla həyata keçirilir. Ölkədəki vəziyyətin sabitləşməsi istiqamətində xeyli irəliləyiş var”.

Report