Əlaqə Arxiv
news Image
2018.09.10
10:32
| A A A
Pentaqon Suriyada fosforlu sursatlardan istifadə barədə məlumatları təkzib edib

Pentaqon rəsmisi Şon Robertson ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrinin sentyabrın 8-də Deyr əz-Zor vilayətində fosforlu sursatlardan istifadə etməklə zərbələr endirməsi barədə məlumatları təkzib edib.

Bu barədə Movqe.az "Report"-a istinadən xəbər verir.

"Bu ana qədər fosforlu sursatlardan istifadə haqqında heş bir məlumat almamışıq", - o bildirib.

Ş.Robertsonun sözlərinə görə, bölgədəki hərbi hissələrin heç biri fosforlu sursatlara malik deyil.

Qeyd edək ki, daha əvvəl müharibə tərəflərinin barışığı üzrə Rusiya Mərkəzinin rəhbəri, general-leytenant Vladimir Savçenko sentyabrın 9-də ABŞ HHQ-nin iki təyyarəsinin Suriyanın Deyr əz-Zor vilayətinə fosforlu sursatlardan istifadə etməklə aviazərbələr endirdiyini bildirib.

Sizin Reklam Yeriniz