Əlaqə Arxiv
news Image
2013.04.17
13:54
| A A A
Əli Əhmədov Azərbaycan prezidentinin səlahiyyət müddətinin 7 ilə qaldırılacağı xəbərinə münasibət bildirib

 "Azərbaycanda oturuşmuş siyasi sistem mövcuddur və biz hesab edirik ki, prezidentə 5 illik səlahiyyət müddəti verilməsi kifayət qədər optimal variantdır. Dünya praktikasında da məhz belədir".


Mövqe.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov Azərbaycan prezidentinin səlahiyyətinin 5 ildən 7 ilə qaldırılması ilə bağlı təklifi jurnalistlərə belə şərh edib.

 

Ə. Əhmədov qeyd edib ki, qarşıdan gələn prezident seçkiləri kampaniyasında belə bir məsələnin irəli sürülməsi reallığa uyğun deyil: "İndi söhbət yalnız prezident seçkilərinin keçirilməsindən gedir. Müxalifət mətbuatı bu kimi xəbərləri yalnız dezinformasiya məqsədilə yayıb və indiyə qədər onların yazdıqları dezinformasiyalar ictimai rəydə hər hansı bir təlatüm yarada bilmədiyi kimi, bu gün də yaydıqları informasiyalar ictimai rəyi dəyişdirməyəcək".

 

Əli Əhmədov bildirib ki, müxalifətin nəzarətində olan mətbuat orqanlarında çox tez-tez dezinformasiyalara rast gəlmək olur: "Konstitusiyaya əsasən, Azərbaycan prezidentinin səlahiyyət müddəti 5 il müəyyən edilib və bununla əlaqədar hər hansısa dəyişikliyin həyata keçirilməsi yalnız Konstitusiyada dəyişiklik olacağı təqdirdə mümkündür. Konstitusiyada dəyişiklik isə referendum yolu ilə ola bilər. Hazırda da belə bir proqram yoxdur. Biz indi partiya olaraq qarşıdan gələn prezident seçkilərinin yüksək fəallıq şəraitində keçirilməsi vəzifəsi ilə məşğuluq".

Sizin Reklam Yeriniz