news Image
2018.09.14
13:27
| A A A
Elçin Quliyev Libermanla görüşdü - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət Sərhəd Xidmətindən Movqe.az-a a verilən məlumata görə, rəsmi protokola uyğun olaraq İsrail rəsmisi “Fəxri qonaq kitabı”na ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan və İsrail arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki və təhlükəsizlik sahələrində birgə fəaliyyətlərin uğurla həyata keçirilməsi xüsusi vurğulanıb.Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın dövlət sərhədlərindəki əməliyyat şəraiti, Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə edildiyi və mövcud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğunu vurğulayıb, son dövrdə Azərbaycanın sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi üzrə görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Dövlət Sərhəd Xidmətindən AzVision.az-a verilən məlumata görə, rəsmi protokola uyğun olaraq İsrail rəsmisi “Fəxri qonaq kitabı”na ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan və İsrail arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki və təhlükəsizlik sahələrində birgə fəaliyyətlərin uğurla həyata keçirilməsi xüsusi vurğulanıb.



Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın dövlət sərhədlərindəki əməliyyat şəraiti, Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə edildiyi və mövcud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğunu vurğulayıb, son dövrdə Azərbaycanın sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi üzrə görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə məlumat verib.



Müzakirələr zamanı regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar və təhdidlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın gələcək perspektivləri və istiqamətləri nəzərdən keçirilib, ikitərəfli əlaqələrin uğurla inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs