Əlaqə Arxiv
news Image
2018.09.18
08:00
| A A A
Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlığı Ermənistana yeni xəbərdrlıq sayıldı
İbrahim Rüstəmli: “Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi sahədə yeni sazişin müzakirəsi və reallaşdırılması tərəflərə, onların regiondakı müvqeyinə yeni rəng qatacaq, ciddi redaktələrlə yadda qalacaq” Azad İsazadə: “Regionda hər üç ölkə üçün həm siyasi, həm də iqtisadi təhlükəsizlik vacibdir”

Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi sahədə yeni saziş müzakirə edilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin son  iclasında Azərbaycan, Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumun təsdiq edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. 

Komitə sədri Səməd Seyidov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əlaqələrin güclənməsi çox vacibdir. Millət vəkili əlavə edib ki, bu, hər region üçün vacib əhəmiyyət kəsb edir, həm də bütün dünyaya bir mesajdır.
Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirir ki, bu, ilk növbədə Azərbaycanın regionda etibarlı bir tərəfdaş olmasının, güc mərkəzinə çevrilməsinin göstəricisidir: “Son illər silahlı qüvvələr quruculuğu sahəsində əldə olunan uğurlar, həyata keçirilən islahatlar, reallaşdırılan təcrübə mübadilələri, silah arselanının və kadr potensialının gücləndirilməsi və s. dünya birliyinin diqqətini ölkəmizə yönəldib. Bu diqqət, həm də bir sıra dövlətlərin, o cümlədən Türkiyə və Gürcüstanın siyasi və hərbi maraqları ilə bağlıdır. Çünki dünyada baş verən qlobal hadisələr, xüsusilə, zor dilində səslənən fikirlər, təhdidin aktuallığı təhlükəsizlik sahəsində yeni koordinatların axtarışını zərurətə çevirib. O üzdən Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi sahədə yeni sazişin müzakirəsi və reallaşdırılması tərəflərə, onların regiondakı müvqeyinə yeni rəng qatacaq, ciddi redaktələrlə yadda qalacaq. 
Azərbaycan üçün belə bir saziş, həm də ərazi bütövlüyünün bərpası kimi tarixi əhəmiyyətli məsələnin həllində xüsusi önəm daşıyacaq. Onun özünəgüvənini artıracaq. Güc balansını ölkəmizin xeyrinə dəyişməklə, Ermənistanın bir növ oyundankənar vəziyyətdə qalmasına, təklənməsinə təkan verəcək. Şəxsən mənə görə, bu sazişi son illər ədalətin bərpası istiqamətində atılan ciddi addımlardan biri kimi dəyərləndirmək olar. Çünki o, beynəlxalq hüququn bütün tələbləri ilə üst-üstə düşür və Azərbaycana işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün ciddi stimul verir».
Hərbi məsələlər üzrə digər ekspert Azad İsazadə bildirdi ki, hazırda hər üç ölkənin ətrafında təhlükəli vəziyyət formalaşıb: “Üç ölkəni birləşdirən digər amil iqtisadi layihələridir. Yəni, regionda hər üç ölkə üçün həm siyasi, həm də iqtisadi təhlükəsizlik vacibdir. Odur ki, bu cür saziş vacib məqamdır. Düzdür, bu cür əməkdaşlıq illərdir, getməkdədir. Lakin bunu parlamentdə radifikasiya edilməklə bu əməkdaşlıq daha yüksək səviyyəyə qalxa bilər”. 
Ekspert əlavə etdi ki, praktiki olaraq, Ermənistan üç qonşu dövlətdən kənarda qalır: “Məlumdur ki, Ermənistanın sazişi bağlayan üç ölkədən ikisinə qarşı düşmən münasibəti, üçünə qarşı isə torpaq iddiası var. Bu fonda sazişin bağlanmasındakı mesajlardan biri də odur ki, Ermənistan tək qalır. Bununla da bütün sərhədi ətrafında ona müttəffiq olmayan müttəfiqlər birləşir. Təkcə İran qalır ki, onun da özünün vəziyyəti yaxşı deyil”
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz