Əlaqə Arxiv
news Image
2018.09.18
09:00
| A A A
İşğal altındakı ərazilərdə Ermənistan hərbi qruplaşmaları darmadağın edilir
Elçin Mirzəbəyli: “Baş verən bu proseslərdən Ermənistan nəticə çıxarmalıdır”

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən 22-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. Təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb olunub.

Təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək. Təlimlərdə həmçinin son illər ərzində Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş ən yeni hərbi texnika və silahlara şəxsi heyətin yiyələnmə vərdişləri yoxlanılacaq. 
Onu da qeyd edək ki, Azərbaycan öz ordusunu həm müasir dövrün tələblərinə cavab verən silahlarla təmi etmək, həm də yüksək səviyyəli hərbi təlimlər keçirməklə işğalçı Ermənistanı hər zaman təşviş, vahimə içərisində saxlayıb. Adətən, yüksək səviyyəli və peşəkarlıq fonunda keçirilən təlimlər fonunda döyüşdə qələbə çalmaq daha asan olur. Azrbaycan Ordusu son illərin keçirilən hərbi
təlimləri, habelə 2016-cı ilin aprel döyüşlərilə. Builin mayınad Naxçıvanda kesirdiyi əməliyyatları ilə sözün həqiqi mənasında göstərdi ki, Cənubi Qafqazın ən güclü ordusudur. İrəvanın Dağlıq Qavrabağ münaqişəsi ilə bağlı danışıqları dalana dirədiyi və Ermənistan parlamentinin Azərbaycana müharibə elan etməsi fonunda bu təlimlər işğalçı ölkə üçün hansı mesaj daşıyır?
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, Ermənistan Azərbaycanın keçirdiyi bu hərbi təlimlərdən özü üçün nəticə çıxarmalıdır. Əks təqdirdə, bu, ona ağır başa gələcək: “Əslində, Azərbaycan özünün həyata keçirdiyi və atdığı addımlarda Ermənistan üçün xüsusi olaraq mesaj xarakterli addımlar atmır. Bu təlimlərlə xüsusi olaraq Ermənistana hər hansı bir mesaj yönəltmirik. Yəni kimin nə deməsi və fikirləşməsindən asılı olmayaraq, ölkəmizdə ordu quruculuğu uğurla davam etdirilir, ordumuz daha da güclənir. Bu istiqamətdə fəaliyyətimizi hər zaman, özü də daha yüksək səviyyədə  davam etdirəcəyik. 
Beynəlxalq təşkilatların son reytinq açıqlamasına görə, Azərbaycan Ordusu müvafiq cədvəldə daha 5 pillə irəliləyib və düşmən ölkəni böyük bir fərqlə geridə qoyub. Həm bu, həm də ordumuzun sahib olduğu müasir silahlar, döyüş qabiliyyətinin güclü olması, cənab Prezidentin son illər orduya xüsusi diqqət ayırması, tez-tez təlimlərin keçirilməsi, bütün bunlar Ermənistan üçün nəticə çıxarmaq baxımından bir vasitədir. Baş verən bu proseslərdən Ermənistan nəticə çıxarmalıdır. 
Nəticə çıxarmalıdırlar ki, Azərbaycanın hərbi potensialı onların hərbi potensialını dəfələrlə üstələyir. Belədə həmin hərbi potensial işə düşərsə, Ermənistanın daşı-daş üstə qalmayacaq. Həmin potensialımızın işə düşməsi Ermənistan üçün ağır başa gələcək. Bu aspektdən düşünürəm ki, Ermənistan, həm də onu himayə edənlər, xüsusilə də ATƏT-in Minsk qrupu və həmsədrlər baş verən proseslərdən nəticə çıxarmalıdırlar. 
Ermənistan mütəmadi olaraq atəşkəsi pozur, cəbhə xətti və sərhəddə təxribatlar törədir, azərbaycanlı əhalini atəşə tutur. Şübhəsiz ki, bu fonda Azərbaycan dövləti əhalisinin təhlükəsizliyinin təmin və torpaqlaqrımızın işğaldan azad edilməsi üçün sərt addımlar ata bilər. Beynəlxalq təşkilatlar, Minsk qrupunun həmsədrləri bunu işğalçı ölkəyə başa salmalı, anlatmalı və işğala son qoymaq üçün müvafiq addımlar atmalıdırlar”.
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz