Əlaqə Arxiv
news Image
2018.09.18
16:28
| A A A
İrandan Ərdoğan-Putin görüşünə reaksiya

“Suriyanın İdlib bölgəsindəki müharibədən qaçmağa imkan yaratdı”.

Avropa.info xəbər verir ki, İranın xairici işlər naziri Mühəmməd Cavad Zərifi öz “Tvitter” səhifəsində Ərdoğan-Putin görüşünün yekunu olaraq əldə edilən razılığı şərh edərkən yazıb.

“İstər son həftələrdə keçirilən intensiv məsuliyyətli diplomatik görüşlər, istər Türkiy-Rusiya-İran liderilərinin Tehran sammitindəki danışıqlar, o cümlədəm Türkiyə və Rusiya liderlərinin Soçi görüşü Suriyanın idlib bölgəsində gözlənilən müharibənin qarşısını almağa imkan verdi. Bu bir daha ekstremizim və terrorla mübarizədə qətiyyətli addımdır. Odur ki, dip0lomatiya işləyir”- Zərifi qeyd edib.

İranın XİN sözçüsü Bəhran Qasımi isə deyib ki, Ərdoğanla Putin arasındakı razılaşma İdlib böhranın siyasi yolla həllinə imkan yaradıb. Onun fikrincə, bu razılaşma Suriyada sülhün yaranmasına imkan yaradacaq.

Sizin Reklam Yeriniz