Əlaqə Arxiv
news Image
2018.09.18
17:32
| A A A
Soçi razılaşması: Əlavə əsgər göndərəcəyik - Çavuşoğlu

İdliblə bağlı ötəngünkü zirvədə həll yolu tapdıq. Bu razılaşmaya görə, İdlib bölgəsinin sərhədləri qorunacaq. Statusunda heç bir dəyişiklik olmayacaq. Əhali öz yerində qalacaq.

Movqe.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu bölgəyə hər hansı bir hücum edilməməsi və rejimin İdlibə girməməsi üçün lazımı tədbirləri Rusiya görəcək. İdlibdə ağır silahlardan təmizlənmiş bölgə olacaq. Burada müxalifət və mülki insanlar qalacaq. Bölgədən sadəcə terrorçu qruplar çıxarılacaq. Dediyim kimi, bura ağır silahlardan təmizlənəcək, mülayim müxalifətin əlindəki yüngül silahlar qalacaq. Bu bölgədə Rusiya və Türkiyə sərhəd zonasında birgə patrul nəzarətini həyata keçirəcək. Buna görə də əlavə əsgər göndərməliyik”, - nazir bildirib.

Qeyd edək ki, ötən gün Türkiyə və Rusiya liderləri Soçidə İdliblə bağlı görüşüblər.

Sizin Reklam Yeriniz