Əlaqə Arxiv
news Image
2018.09.19
09:50
| A A A
Siyasətdən bixəbər baş nazir
Paşinyan xarici və daxili siyasətdə yenə baş-ayaq danışır

Bir neçə ay əvvəl Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndə qonşu ölkələrdə, o cümlədən Azərbaycanda kiçik də olsa, ümid yaranmışdı ki, köhnə kriminal hakimiyyəti pisləyə-pisləyə vəzifələri ələ keçirənlər, yəqin ki, faydalı siyasət və təsərrüfatçıılıqla məşğul olarlar. Sarkisyan klanı həqiqətən cinayətkarlardan ibarət idi və dövlət adına bütün məsələləri mafiya, oğru qaydaları ilə həll edirdilər. Nikol Paşinyan isə özünü inqilabçı ruhlu, ədalətsizliyə və haqsızlığa qarşı çıxan gənc nəslin mübariz nümayəndəsi kimi təqdim edirdi. Nə isə, “inqilab” adlandırdıqları hadisələri qurub-oynayaraq insanlara vədlər verən bu gənc nəsil hakimiyyətdəki əsas vəzifəni-baş nazir kürsüsünü ələ keçirdi.

Vəzifəsinin ilk günündən başlayaraq rəsmi bəyanatlar, siyasi istiqamət barədə danışan baş nazirin mitinqlərdə dedikləri tezislər kənarda qaldı və köhnələrin siyasi bəyanatlarını daha bərbad şəkildə təkrarlamağa başladı. Təbii ki, Ermənistanın daxili işləri onların öz problemlərinə aiddir, amma ölkənin xarici siyasətində işğal prosesinin davam etdirilməsi Azərbaycanın mənafeyinə cavab vermir və buna görə də Paşinyanın işğal etdikləri Qarabağın taleyinə münasibəti diqqətlə izlənirdi. Amma bu gənc inqilabçı elə ilk günlərdən münaqişənin həlli yolunda əndazəni aşan, üstəlik də bir-birinin əksinə olan bəyanatlar verməyə başladı. Gah dedi Dağlıq Qarabağ sülh danışıqlarında tərəf kimi çıxış etməlidir. Gah dedi “mən Dağlıq Qarabağı Ermənistanın ərazi vahidi kimi görürəm” və bundan iki sonra bildirdi ki, “mən Dağlıq Qarabağ adından danışa bilmərəm” və sairə. 
Rusiyaya münasibətdə də  Paşinyan nala-mıxa döydü. Sözdə Kremllə strateji tərəfdaşlıqdan dəm vurdu, amma işdə Qərbin mənafeyinə uyğun addımlar atmağa başladı. Onun əməllərindən aşkar görünürdü ki, təmsil etdiyi dövlətin mahiyyətinə uyğun yox, kimlərinsə kənardan verdiyi gösütərişlər əsasında fəaliyyət göstərir. Buna görə də tez-tez bir-birinə əks bəyanatlar verir. Bütün bu faktlar isə öz növbəsində ona dəlalət edir ki, Paşinyan dövlətə başçılıq etmək üçün həddən ziyadə piyada adamdır və naşılıqdan məsələləri qarışdırır. 
Təsadüfi deyil ki, daxili siyasətdə də onun xamlığı, habelə antidemokratik çıxışları ciddi tənqidə tuş gəlir. Sentyabrın 23-də Ermənistanda “ağsaqqallar şurası” adlanan quruma seçkilər keçirilməlidir. Bununla əlaqədar siyasi bloklar seçkilərdə qələbə qazanmaq üçün təbliğat aparırlar. Paşinyanın özünü demokrat kimi qələmə verməsi seçkilərə daha geniş şəkildə əhali qrupları qoşulub. Amma seçki gününə bir neçə gün qalmış baş nazir çıxış edir və əhalini özünün dəstəklədiyi “Mənim addımım” blokuna səs verməli olduğunu deyir: “”Mənum addımım” blokuna səs verənlər inqilabın xeyrinə səs vermiş olacaqlar. “Mənim addımım” və Ayk Marutyana səs verənlər Ermənistanda hazırkı parlamentin buraxılmasına və növbədənkənar parlament seçkilərinin keçirilməsinə səs vermiş olacaqlar. Parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyənlərin hamısını bir nəfər kimi – 80%, 90% seçiciləri “Mənim addımım” blokuna səs verməyə çağırıram”. 
Baş nazirin çağırışı seçkilərə qatılan blok üzvlərini əməlli-başlı hiddətləndirib. Paşinyanın bu çıxışını müzakirə edən siyasilər belə bir çağırışı tamamilə yersiz və ölkədə siyasətin siyasi rəhbərlik tərəfindən monopoliyaya alınması faktı adlandırıblar. Hələ seçicilərin 80-90 faizinin bir bloka səs verməsi məsələsi.., demokratiyaya istehzadan başqa bir şey deyil.  
“İrs” partiyasının sədri Armen Martirosyan mətbuta açıqlamasında bildirib ki, hazırkı məqamda blokları ağ və qara rənglərə ayırmaq tamamilə yersizdir və üstəlik, “ağ”ların monopoliyasına xidmət edir.
“İrəvan istimaiyyəti” blokunun sədri Armen Ovanisyan bu çağırışa daha sərt münasibət bildirib: “O (Paşinyan-müəl.) istədiyi 90%-i ala bilməyəcək, mən bunu istisna edirəm”. “İşıqlı Ermənistan” partyasının sədri, “Çıxış” blokundan deputat Edmon Marukyan isə belə bir çağırışa görə Paşinyanı üzr istəməyə səsləyib.  “Biz ağıq, başqaları isə qaradır” tezisini təsdiqləmək hər şeyin başlanğıcı deməkdir – deyə E.Marukyan öz internet səhifəsində yazır. O, bununla Paşinyanın əvvəlki hakimiyyətin yuvarlandığı qaranlıq mgirdaba doğru getdiyinə işarə edir. 
Beləliklə, Nikol Paşinyan, indidən görünür ki, ona yönələn ümidləri doğrultmayıb. Bu adamın siyasətdən başı çıxmır və ölkəsini qaranlığa çəkir. Xüsusilə, Qarabağ münaqişəsi üzrə verdiyi bəyanatlar müharibəni körükləyir ki, bu da əvvəlcədən məlumdur ki, Ermənmistan üçün çox ağır nəticələr verəcək. Paşinyan isə cinayətkar çağırışlarının qurbanı olacaq.
N.NOVRUZ 

Sizin Reklam Yeriniz