Əlaqə Arxiv
news Image
2018.09.19
12:53
| A A A
"Paşinyan-Köçəryan qarşıdurma Kremlin maraqlarına cavab verir"

Hazırda Nikol Paşinyan-Robert Köçəryan siyasi qarşıdurmasını, hər iki tərəfin səyi ilə üçüncü tərəfləri cəlb etmək cəhdləri kimi dəyərləndirə bilərik. Bunun politoloq Ehtiram Aşırlı bildirdi: "Xüsusilə də, Ermənistan daxili məsələləri Rusiya və Qərbi yaxından maraqlandırır. Əlbəttə ki, Rusiya Nikol Paşinyan-Robert Köçəryan  mübarizəsinin qalibi ilə maraqlanmır. Onlar bu mübarizənin mövcudluğuna və onun davamlı vəziyyətinə maraq göstərirlər. Yəqin ki, bu qarşıdurma yüksələn xətlə davam edərək gərginliyin pik nötqəsinə çatması ehtimalı yüksəkdir. Lakin Ermənistanın təhdid təşkil etdiyi bir anda Kreml nə yolla olur olsun müdaxilə edəcək. Ancaq indi bu qarşıdurma status-kvo səviyyəsində olduğundan Rusiya tərəfi bundan çox faydalanır və hər iki tərəf üçün qeyri-rəsmi də olsa  dəstək verir. Təbii ki, Rusiya kimi bir super güc üçün  belə bir vəziyyətinin olması daha əlverişlidir.  Belə ki, bu iki əsas aktorla sıx əlaqələr vasitəsilə post-inqilabçı Ermənistanın daxili siyasi proseslərində iştirak etmək şansları daha da artacaq. Bir sözlə, Nikol Paşinyan və Robert Köçəryan arasındakı siyasi qarşıdurma hələ ki, Kremlin maraqlarına cavab verir".

Sizin Reklam Yeriniz