Əlaqə Arxiv
news Image
2018.09.20
09:40
| A A A
Azərbaycan beynəlxalq təhlükəsizliyə daha böyük töhfələr verir
Ordumuz gücləndikcə beynəlxalq aləmdə sülhün qorunması işinə xidmətini artırır

NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır. Bunu NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib: “Azərbaycan bizim davamlı tərəfdaşımızdır. Biz həmişə Azərbaycanın beynəlxalq təhlükəsizliyə və NATO-nun Əfqanıstandakı səylərə verdiyi töhfəni alqışlayırıq“. O xatırladıb ki, Azərbaycan NATO sülhməramlı missiyası üçün tranzit imkanları yaradır, həmçinin digər yollarla dəstək olur. Xüsusi nümayəndə: “Bizim yaxşı əməkdaşlığımız var və mən bunun davam edəcəyini gözləyirəm”-deyə, fikrini tamamlayıb.

Azərbaycan-NATO əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun 8 sammitində iştirak edib. Ölkəmiz təşkilatın keçirdiyi bütün tədbirlərə qatılır və bu da qurumla münasibətlərimizin səviyyəsinin əsas göstəricisidir. Azərbaycan NATO ilə fərdi əməkdaşlıq çərçivəsində əlaqələrə hər zaman xüsusi önəm verir. NATO-nun sülhməramlı əməliyyatlarında və beynəlxalq təhlükəsizlik proqramlarında Azərbaycan fəal iştirakçdır. NATO ilə ölkəmizin təmaslarının intensiv hal almasından hər iki tərəf məmnundur. 
Azərbaycanın sürətli inkişafı Şimali Atlantika Hərbi Alyansı ilə münasibətlərinin təkmilləşməsində səmərəli rol oynayır. Ölkəmiz Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrinin dəstəklənməsi üzrə proqramların reallaşmasına yardım göstərməklə və bu ölkənin dövlət strukturlarının dəstəklənməsində iştirak etməklə NATO ilə münasibətləri getdikcə möhkəmləndirir və inkişaf etdirir. Ötən ilin sonrana yaxın Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun mənzil-qərargahında NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında çıxışı zamanı ba haqda danışıb. İ.Əliyev qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması ilə Avropadan Asiyaya, konkret olaraq Əfqanıstana ən qısa yol açılıb ki, bu da həmin ölkəyə nəql və beynəlxalq koalisiya qüvvələrinin təchizatı məsələlərini asanlaşdırıb. Həmin konfransda Y.Stoltenberq qeyd edib ki, NATO və Azərbaycan arasında tərəfdaşlıq demokratik dəyərlərə, enerji təhlükəsizliyi məsələlərinə əsaslanıb.
Öz növbəsində NATO Azərbaycanda təhlükəsizlik sisteminin yaradılmasında, korrupsiyaya qarşı mübarizədə yardım göstərir.
NATO ilə siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlığın inkişafı, möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Şübhəsiz ki, bu qurumlarla əməkdaşlıq Azərbaycana bir çox məqsədlərə çatmaqda kömək edə bilər. Məhz bu üzdən Bakı bu təşkilatlara daxil olan ölkələrlə ikitərəfli münasibətlərin inkişafına da maraq göstərir. Bakı-Brüssel əməkdaşlığının səmərəlilik, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı anlaşma və hörmət əsasında qurulması xarici siyasətin tələbidir.
 “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində aparılan Azərbaycan NATO siyasi dialoqu ümumi maraqların yer aldığı geniş sahəni əhatə edir. Müxtəlif format və səviyyələrdə keçirilən siyasi dialoqun əsas mövzuları tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, enerji təhlükəsizliyi və sairdir. Qarşılıqlı anlaşmaya əsaslanan yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlığın tərəqqisinə xidmət edir. “Sülh naminə tərəfdaşlıq” (1996-cı il), “Planlaşdırma və icmal prosesi” (1997) və “Fərdi Tərəfdaşlıq Planı” (2004) Azərbaycanla NATO-nun fərdi tərəfdaşlığının əsas prinsip və məqsədlərini müəyyən edən sənədlərdir. Bununla aynaşı, Azərbaycan sülhməramlıları 2002-ci ildən etibarən Əfqanıstanda NATO hərbçilərilə çiyin-çiyinə xidmət edir. 2018-ci ilin yanvarından Azərbaycan bu “Qətiyyətli dəstək” missiyasındakı hərbçilərinin sayını 30% artıraraq 120 nəfərə çatdırıb. Bakı “Qətiyyətli dəstək” missiyasına nəqliyyat və logistik dəstək də göstərir. Ötən ilin oktyabrından Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyinin göstərilməsinə də böyük kömək olub.
N.NOVRUZ

Sizin Reklam Yeriniz