Əlaqə Arxiv
news Image
2018.09.20
12:42
| A A A
Qırğızıstanın ən oxunaqlı jurnalının son nömrəsində Azərbaycanla bağlı məqalələr dərc olunub

Qırğızıstanın populyar “ONE Magazine” jurnalının son nömrəsində “Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Qırğızıstandakı səfirliyimiz və Yusup Balasaqun adına Qırğızıstan Milli Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Müsəlman dünyasının ilk dünyəvi parlamentli dövləti” adlı beynəlxalq konfrans barədə geniş məlumat verilib.

Yazıda səfir Hidayət Orucova istinadən bildirilir ki, 100 il əvvəl yaranan və cəmi 23 ay yaşayan AXC müsəlman Şərqində ilk dünyəvi parlamentli demokratik respublikadır. AXC siyasi sisteminə, demokratik dövlət quruluşuna, həyata keçirdiyi islahatlara, eləcə də təyin etdiyi məqsəd və vəzifələrinə görə Avropanın ənənəvi demokratik dövlətlərindən geridə qalmayıb. AXC müsəlman dünyasında qadınlara seçki hüququ verən ilk ölkədir, hətta bu baxımdan Avropa və Amerikanın bir sıra ənənəvi demokratik dövlətlərini qabaqlayıb.

Jurnalın bundan əvvəlki nömrəsində isə səfir Hidayət Orucovun azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı keçirdiyi mətbuat konfransı haqqında məqalə dərc edilib.

Sizin Reklam Yeriniz