Əlaqə Arxiv
news Image
2018.09.20
14:03
| A A A
Ukrayna və Gürcüstan arasında “vizasız rejim” sazişi

Ukrayna Nazirlər Kabineti Gürcüstanla daxili pasportlar vasitəsilə vizasız rejimin tətbiqi sazişini təsdiqləyib. 

Razılaşma mətninə əsasən, sənəd diplomatik mənbələr vasitəsilə daxil olduqdan sonra 30 gün müddətində qüvvəyə minir. 

Hazırda Ukrayna və Gürcüstan arasında vizasız gediş-gəliş haqda 1999-cu ilin razılaşması aktivdir.

Gözlənilir ki, bu sazişdən sonra ölkələrə səfər edən səyahətçilər səbəbindən dövlət və yerli büdcədə artım müşahidə ediləcək. 

Xatırladaq ki, bu ilin martında Türkiyə ukraynalılar üçün şəxsiyyət vəsiqələri ilə səyahətlə bağlı qərar qəbul edib.(oxu.az)

Sizin Reklam Yeriniz