Əlaqə Arxiv
news Image
2018.09.21
09:15
| A A A
Türkiyə və Rusiyanın Qarabağ razılaşması Ermənistanı şoka saldı
Məhəmməd Əsədullazadə: “Bu gün Türkiyə və Rusiya İdlib məsələsində razılığa gəlirsə, niyə də Qarabağ konfliktinin həllində ortaq məxrəc tapılmasın?!” Ehtiram Aşırlı: “Türkiyə-Rusiya əlaqələrinin yüksələn xətlə inkişaf etməsi Azərbaycanın lehinədir”

Ermənistanın “lragir” saytı Türkiyə-Rusiya yaxınlaşmasını  maraqlı şərhlə təqdim edib. Belə ki, erməni saytının yazdığına görə, prezident Rəcəb Tayyip Ərdoğan həmkarı  Vladimir Putinlə İdliblə bağlı razılaşıb, əvəzində isə Bakı və Ankara Moskvadan Dağlıq Qarabağı alacaq. 

Sayt yazır ki, Rusiya Türkiyəyə hədiyyə verəcək: “Bu hədiyyənin nə olduğu Rusiya-Ermənistan münasibətlərinin gərginliyi fonunda aydın olur. Bakı və Ankara Moskvanı Qarabağın qaytarılması məsələsinə razı salıblar. Ermənistan üçün Rusiyasız Türkiyə və Azərbaycanla mübarizə aparmaq çətin olacaq”. 
Qeyd edək ki, erməni saytı ilə yanaşı, bəzi rusiyalı politoloqların da oxşar proqnozları var. Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirir ki, Ermənistanla Rusiya arasında dərin siyasi konfontrasiya yaşanır: “Baş nazir Nikol Paşinyanın Moskvaya səfəri iki ölkə arasında problemlərə nəinki son qoyub, hətta Paşinyanın iki ölkənin daxili işlərinə qarışmamaq kimi mesajı Putini qəzəbləndirib. 
Hazırda Ermənistan və Rusiya arasında isti münasibətlərdən söhbət gedə bilməz. Bundan narahat olan erməni ictimai-siyasi dairələri və mətbutı son illərdə Türkiyə-Rusiya strateji yaxınlaşmasını həyacanla izləyirlər. Çünki, Moskva-Anakara-Bakı formatı formalaşarsa, İrəvanın geosiyasi əhəmiyyəti Kreml üçün önəm kəsb etməyə bilər. Ona görə də erməni mətbuatında bu kimi yazıların dərc olunması regionda baş verən geosiyasi şərtlərin Ermənistanın əleyhinə getdiyinin  göstəricisidir. 
Bu gün Türkiyə və Rusiya İdlib məsələsində razılığa gəlirsə, digər problemlərin həllinə iki ölkənin yanaşma xəttində ortaq mövqelər tapılırsa, niyə də Qarabağ konfliktinin həllində bu ortaq məxrəclər tapılmasın?! Hesab edirəm ki, Moskva praqmatik siyasət həyata keçirərəsə, növbəti aylarda regionda müsbətə doğru dəyişilikləri görə bilərik. Bu dəyişiliklər təbii ki, Qarabağ konfliktinin həlli ilə də bağlı ola bilər. İdlib məsələsi və digər sahələrdə Moskva-Ankara yaxınlaşması, eyni xətlə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında çıxış edə bilərlər. Bu mümükündür. 
Bakı-Anakara-Rusiya diplomatik təmasları inkişaf etdirib, Qarabağ konfliktinin həllində irəliləyişə nail olmaq olar. Ermənistan cəmiyyəti sentyabrın 25-də Putinin ölkəmizə səfərini ciddi narahatlıqla gözləyir. Onlar hesab edirlər ki, Putin Qarabağ məsələsində Azərbaycan və Türkiyə ilə razılaşa bilər. Deməli, erməni mətbuatının iddalarında həqiqət payı var. Çünki, Ermənistanın geosiyasi əhəmiyyəti sıfırdır. Putin real geosiyasi və iqtisadi hədəflərə çatmaq məqsədi ilə   Qarabağın həllində işğalçı ölkə üzərində təsirə malik olduğu üçün irəliləyişə gətirə bilər”.
Analitik Ehtiram Aşırlı bildirdi ki, Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğan Soçiyə rəmi səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı İdlib məsələsindən sonra Qarabağ münaqişəsinə toxunması mühüm əhəmiyyət kəsb edir: “Təbii ki, qardaş ölkənin prezidenti Ərdoğanın Rusiya rəsmi səfəri zaman Qarabağ məsələsini müzakirə etməsi gözlənilən idi. Belə ki, Ərdoğanın Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən paradda iştirak etməsi və bu səfər zamanı Qarabağa dair bəyanatlar səsləndirməsi, onun Rusiyada V.Putinlə bu məsələni müzakirə edəcəyindən xəbər verirdi. 
Türkiyə ilə Rusiya arasında Qarabağa dair nələrin müzakirə edildiyini söyləmək çətindir. Çünki hər iki ölkə başçısı bu məsələni bağlı qapılar arxasında müzakirə edib. Lakin Türkiyə-Rusiya əlaqələrinin yüksələn xətlə inkişaf etməsi Azərbaycanın lehinədir. Çünki iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi, Qarabağla bağlı Azərbaycanın mövqeyinin gücləndirilməsi deməkdir. Belə ki, Azərbaycan hər iki ölkə münasibətlərini dinamik şəkildə inkişaf etdirir. Təbii ki, bu da Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycana böyük bir üstünlük qazandırır”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz