Əlaqə Arxiv
news Image
2018.09.21
17:48
| A A A
Liberman Bakıya görə İrəvandan imtina etdi - Çinker

Ermənistanla İsrail arasında ticarət və iqtisadi əlaqələrin inkişafı çox aşağı səviyyədədir. Nümayəndə heyətlərinin son illərdə həyata keçirdikləri qarşılıqlı səfərlərə baxmayaraq, hərbi sahədə əməkdaşlıq yoxdur.

Movqe.az xəbər verir ki, bu sözləri “Ermənistan-İsrail” ictimai forumunun həmsədri, Knessetin keçmiş deputatı Aleksandr Çinker deyib.

“Ermənistanın KTMT üzvlüyü onun digər ölkələrdən silah almasını istisna edir. Çünki Ermənistan silahları bu məsələdə bir qədər qısqanc davranan Rusiyadan almalıdır. Digər tərəfdən isə xüsusən əvvəlki hökumətlərin dövründə belə bir təəssürat vardı ki, Ermənistan Rusiyanın ardından gedir, Rusiya ilə hər hansı bir mövzuda anlaşmısınızsa, demək, İrəvanla da anlaşmışınız. İndi Ermənistanda hakimiyyətin strukturu dəyişib. Əvvəla, Ermənistan parlament respublikası olub. Hakimiyyətdə yeni baş nazir var və Ermənistanın yaxın gələcəkdə hansı siyasət xəttini izləyəcəyi qeyri-müəyyəndir. Əgər əvvəllər Ermənistanın komplementar siyasət həyata keçirdiyini deyirdilərsə, indi vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi bilinmir. Paşinyanın tez-tez Moskvaya səfər etməsi və münasibətlərin mükəmməl olması barədə bəyanatları bir sıra suallar yaradır. Hər şey mükəmməl olanda qeyri-müəyyənlik yaranır. Hər bir ölkə öz rolunu oynayır. Buna görə də ölkələr arasında həmişə müəyyən problemlər olmalıdır”.

Çinker bildirib ki, Libermanın İrəvana səfər etmək üçün obyektiv səbəbləri olmadı:

“Libermanın Azərbaycana olan xüsusi münasibətini də nəzərə alsaq, İrəvanla həqiqətən də xüsusi heç bir razılıqların olmadığı üçün yəhudi nazir Bakının qısqanmasını istəmədi. Ölkələrimiz arasında münasibətlərin inkişafı Ermənistanı sevən biri kimi məni şad edərdi. Ancaq hələlik bütün bu münasibətlər kifayət qədər aşağı səviyyədədir”, - keçmiş deputat bildirib.

Sizin Reklam Yeriniz