Əlaqə Arxiv
news Image
2018.09.21
17:57
| A A A
Köçəryandan şok: İnqilabı Paşinyandan xilas etməliyik

Taleyin ironiyası elə gətirib ki, Ermənistanda bu gün inqilabı onu başladanlardan xilas etmək lazımdır.

Axar.az xəbər verir ki, bu sözlər Ermənistanın eks-prezidenti Robert Köçəryanın ölkənin müstəqillik günüylə bağlı yaydığı bəyanatda yer alıb.

“May ayında baş verən inqilab və bu gün davam edən proseslər və hadisələr bizim dövlətçilik üçün yeni sınaq oldu. İnsanları küçələrə çıxmağa məcbur edən dəyərlər bu gün zərbə altındadır. Sevgi və həmrəylik şüarları bu gün inqilabın liderləri tərəfindən nifrət, qisas və qanunsuzluğa çevrilir. Taleyin ironiyası elə gətirib ki, bu gün inqilabı onu başladanlardan xilas etmək lazımdır”, – deyə o bildirib.

Sizin Reklam Yeriniz