Əlaqə Arxiv
news Image
2018.09.21
18:06
| A A A
Leninlə Hitler üz-üzə: Hitler vəzifəyə gətirilir

Hitler Alba Sançes Perunun Yunqar şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb. Movqe.az xəbər verir ki, 2011-2014-cü illərdə mer vəzifəsini tutan Hitler bu vəzifəyə namizədliyini sağçı Biz – Peru Partiyasından irəli sürüb. Tərəfdarları qarşısında çıxış edən namizəd özünün “Yaxşı Hitler” olduğunu bildirib.

Hitler Alba Sançesin namizədliyinə qarşı çıxanlar da olub. Belə ki, onun həmyerlisi olan Lenin Vladimir Rodriqes Valverde artıq hökumətə Hitlerin namizədliyinin ləğv edilməsi tələbilə müraciət edib. Leninin bütün tələblərinə rəğmən, hökumət Hitlerin namizədliyinin ləğvi üçün heç bir qanuni əsas tapmadığını açıqlayıb.

Yaşanan hadisəylə bağlı açıqlama verən Sançes atasının ona Hitler adını xarici ad olduğu üçün qoyduğunu və tarixdən anlayışı olmadığını deyib. O, dəfələrlə adını dəyişmək istədiyini, amma valideynlərinə hörmət ucbatından bu ideyasından əl çəkdiyini söyləyib.

Sizin Reklam Yeriniz