Əlaqə Arxiv
news Image
2018.09.21
16:30
| A A A
Gürcüstan hökumətinin Ermənistanla bağlı qərarı təxirə salmasına səbəbləri

Rəsmi Tbilisi Gürcüstandan avtomobil nəqliyyatı vasitəsilə buğda, yaxud buğda və çovdar ununun idxalı və ya bu məhsulların Gürcüstandan ixracının qadağan edilməsilə bağlı qərarının qüvvəyə minməsini ilin sonunadək təxirə salıb. Gürcüstanın maliyyə naziri İvane Maçavariani qərar qəbul edib. Sənədə əsasən 2018-ci ilin sonunadək avtomobil nəqliyyatı ilə Gürcüstana buğda və çovdar ununun idxal-ixracının həyata keçirilməsinə icazə veriləcək. Bu müddətdə isə Gürcüstan hökuməti avtomobil nəqliyyatı vasitəsilə taxıl məhsullarının daşınması ilə bağlı qadağada dəyişikliklər edəcək. Hadisəni şərh edən analitik Ehtiram Aşırlı Gürcüstan hökumətinin Ermənistanla bağlı qərarı təxirə salmasına səbəblərini müxtəlif amillərlə izah edir:

1. Yerli əhalinin etirazlarının qarşısını almaq və 28 oktyabrda keçirilməsi planlaşdırılan prezident seçkiləri öncəsi onların dəstəyini təmin etmək;

2. Gürcüstanda məskunlaşan erməni icmaları tərəfindən başladıla biləcək etirazların qarşısını kəsmək;
3. Ermənistan tərəfinin torpaq iddiası ilə çıxış etməsi;
4. Gürcüstan baş nazirinin Ermənistana səfəri və bu səfər çərçivəsində ticarət həcminin 1 milyard ABŞ dollar dəyərində artırılmasına dair razılaşmanın əldə olunması;
5. Ermənistanın bu məsələnin həlli ilə bağlı Qərbdən kömək istəməsi:

Prezident seçkilərindən sonra yenidən bu məsələ aktuallaşacaq".

Xatırladaq ki, bu məsələ gündəmə təzə gələndə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov gürcü həmkarı Giorgi Volskiyə zəng edərək bu qərarın ölkəsində narahatlıq doğurduğunu bildirmişdi. O, bu məsələni Gürcüstan hökumətinin və parlamentinin nümayəndələri ilə müzakirəsini təklif etmişdi. Lakin Gürcüstan tərəfi Ermənistana cavab vermədi.

Sizin Reklam Yeriniz