Əlaqə Arxiv
news Image
2018.09.22
14:00
| A A A
Tramp BMT Təhlükəsizlik Şurasının İran üzrə iclasına sədrlik edəcək

ABŞ prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının İran üzrə iclasına sədrlik edəcək.

"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.
Birləşmiş Ştatların dövlət başçısı bildirib ki, təşkilatın yaxın günlərdə baş tutacağı iclası onun sədrliyi ilə keçiriləcək. 
"Mən növbəti həftə BMT-nin Təhlükəsizlik Şurasının İran üzrə iclasına sədrlik edəcəm", - deyə ABŞ rəhbəri yazıb. 
Qeyd edək ki, daha əvvəl ABŞ-ın dövlət katibi İranla dialoqa hazır olduğunu bildirib. Lakin Birləşmiş Ştatlar rəsmisi bunun üçün qarşı tərəfin Ağ Evin irəli sürdüyü şərtlərə əməl etməsi vacibliyini vurğulayıb.

Sizin Reklam Yeriniz