Əlaqə Arxiv
news Image
2013.04.18
12:33
| A A A
Bakıda əməliyyat keçirmək istəyən polislərə hücum, 2 yaralı
Baş əməliyyat müvəkkilinin başını daşla partlatdılar.

Bakının Binəqədi rayonunda polis əməkdaşları ölümcül döyülüblər. Rayon Polis İdarəsindən Movqe.az-a verilən məlumata görə, 4-cü polis bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Arif Məmmədov və Polis Akademiyasının 4-cü kurs tələbəsi Emin Həsənov ağır xəsarətlərlə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdiriliblər.


Polis əməkdaşları aprelin 15-də Şahin Abbasova məxsus ərzaq mağazasında oğurluq etməkdə şübhəli bilinən şəxslərin izinə düşüblər. A.Məmmədov əməliyyat məlumatı əsasında oğurluqda şübhəli bilinən Şəmistan Məmmədov və Fariz Əliyev ifadələri alınması üçün 4-cü polis bölməsinə dəvət ediblər. Onlar bölməyə getməyə etiraz ediblər və polisə müqavimət göstəriblər.


Bu zaman məsələyə həmin şəxslərin qohumları da müdxilə ediblər. Qohumlar polisləri döyüb, sonra isə daşa basaraq qovublar. Daşa basılan polislər ağır xəsarət alıblar.

Hazırda faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz